Icma.az
close
up
RU
Faiq Ələkbərli: Xarici ölkələrdən elm adamları həmişə ölkəmizə dəvət olunub

Faiq Ələkbərli: Xarici ölkələrdən elm adamları həmişə ölkəmizə dəvət olunub

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nazir bürokratik əngəl dedikdə, çox güman ki, sovet dövründən qalan sənədləşdirmə işlərinin uzunluğundan bəhs edir


Azərbaycanlı alimlərin dünya elminə inteqrasiya olunması, dünyanın aparıcı alimlərinin Azərbaycana gəlməsi, burada elmi tədqiqatlara cəlb olunması prioritet istiqamətdir. Bu barədə Elm və Ali Təhsilin Beynəlmilləşməsi Forumunda çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, əgər xaricdən hər hansı tədqiqatçını Azərbaycana alim və ya professor kimi dəvət ediriksə, onun bizim qaydalara uyğun olaraq prosedurlardan keçməsi çətindir: “Loru dildə desək, özünə hörmət edən alim bu prosedurlardan keçmək istəmir, yaxud keçmir. Əgər biz həmin alimləri Azərbaycanda görmək istəyiriksə, o zaman mövcud prosedurlara mütləq yenidən baxmalıyıq”. 

E.Əmrullayev vurğulayıb ki, bir çox hallarda tədqiqatçı və alimlər üçün bürokratik proseslər o qədər də asan deyil.


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli isə “Sherg.az”a açıqlamasında deyib ki, xarici ölkələrdən elm adamlarının, tədqiqatçıların ölkəmizə dəvət olunması ənənəvi bir prosesdir:

 “Sadəcə, müasir dövrdə yox, hətta 20-ci əsrin əvvəllərində, xüsusən də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Osmanlıdan, keçmiş çar Rusiyasının müxtəlif ərazilərinin tanınan, bilinən elm adamları Azərbaycana dəvət olunurdu. Ölkəmiz müstəqillik qazandıqdan sonra da bu proses davam edir. Türkiyədən, Avropa ölkələrindən kifayət qədər tədqiqatçılar gəlir. Gələn qonaqların bizim qaydalara uyğun olaraq prosedurlardan keçməsinə gəldikdə isə elm və təhsil nazirinin konkret olaraq nədən bəhs etdiyini deyə bilmərəm. Çox güman ki, söhbət sovet dövründən qalan sənədləşdirmə işlərinin uzunluğundan bəhs edir. Çünki bu sahədə, həqiqətən də, başağrısı verəcək, insanı bezdirəcək qədər çox sənədlər istənilir, yoxlama prosesi  uzun çəkir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Dekabr 2024 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri