“Faiqoğlu” ilə peşəkar sürücü karyeranıza başlayın!
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
“Faiqoğlu” şirkəti avtobus sürücüsü kimi fəaliyyət göstərmək istəyən qadın və kişi namizədlər üçün yeni layihə həyata keçirir.
Avtosfer.az xəbər verir ki, şirkət bu məqsədlə təcrübəsi və sürücülük kateqoriyası olmayan şəxslərə xüsusi dəstək proqramı təqdim edib.
Proqram çərçivəsində D kateqoriyalı sürücülük vəsiqəsinin əldə edilməsi üçün tələb olunan təlim, hazırlıq, imtahan və sənədləşmə ilə bağlı xərclərin şirkət tərəfindən qarşılanacaq.
Həmçinin ictimai nəqliyyat sahəsində avtobus sürücüsü kimi fəaliyyət göstərmək üçün tələb olunan 7 illik etibarlılıq müddətinə malik müvafiq sertifikatın əldə edilməsinə dəstək göstərilir.
Namizədlərə tələblər:
Qadın və kişi namizədlər müraciət edə bilərlər;
Yaş həddi: 22-55 yaşa qədər;
Avtobus sürücüsü kimi çalışmağa maraqlı olmaq;
Yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə məsuliyyətlə yanaşmaq;
Sərnişinlərlə düzgün və nəzakətli ünsiyyət qurmaq;
İntizamlı və məsuliyyətli olmaq;
Müvafiq sürücülük vəsiqəsi və peşə hazırlığı tələblərinə cavab vermək.
İş şəraiti
Vəzifə: Avtobus sürücüsü
İş yeri: Bakı şəhəri
İş rejimi: Növbəli
Əməkhaqqı: 1280 AZN (iş saatı-8 saat)
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 23A, “SAFA Plaza”, 5-ci mərtəbə.
Əlaqə nömrəsi: +994 55 505 85 85
Baxış sayı:66
Bu xəbər 19 Oktyabr 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















