Icma.az
close
up
RU
“Faiz gəliri” adı ilə vəsait çıxılır Banklar kələk gəlir?

“Faiz gəliri” adı ilə vəsait çıxılır Banklar kələk gəlir?

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Normal şəraitdə “faiz gəliri” müştərinin hesabına əlavə olunan məbləği — yəni depozit, əmanət və ya müəyyən müddət ərzində hesab qalığına görə hesablanan gəliri ifadə edir. Yəni bu termin iqtisadi məna etibarilə müsbət məbləği, gəliri göstərməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bəzi vətəndaşların bank çıxarışlarında “faiz gəliri” başlığı altında vəsait çıxılması ilə bağlı şikayətlərini şərh edərkən deyib.

Ekspert bildirib ki, bu hal bank sistemində texniki kodlaşdırma problemi və ya əməliyyatların yanlış təsnifləndirilməsi ilə bağlı ola bilər:

“Müştərinin çıxarışında ‘faiz gəliri’ başlığı altında vəsait çıxılıbsa, bu, ya sistemdə texniki kodlaşdırma problemi, ya da əməliyyatların yanlış təsnifləndirilməsi ilə əlaqədardır. Bəzi hallarda bank sistemlərində faiz gəliri ilə bağlı hesablaşmalar — xüsusən vergi və ya komissiya tutulması zamanı — texniki olaraq bu cür qeyd edilə bilər. Amma bu, düzgün təcrübə deyil və müştərinin çaşqınlığına səbəb olur.

Əgər çıxılan məbləğin qarşılığında vergi, xidmət haqqı və ya digər əməliyyatın izahı verilməyibsə, bu, sistem səhvi və ya şəffaflıq pozuntusu kimi qiymətləndirilməlidir və müştəri tərəfindən araşdırılmalıdır.

Bank sektorunda ən vacib amil etibardır. Müştəri hesabındakı hər əməliyyatı aydın şəkildə görə bilməlidir. Qeyri-şəffaf və anlaşılmaz başlıqlar — məsələn, ‘faiz gəliri’ kimi ifadələrlə vəsait çıxılması halları — bankın daxili nəzarət mexanizminə şübhə yaradır. Belə hallar artarsa, müştərilərin inamı azalır, insanlar vəsaitlərini bankda saxlamaqdan çəkinə bilərlər”.

İqtisadçı əlavə edib ki, belə hallarda vətəndaş ilk növbədə rəsmi qaydada banka yazılı müraciət etməlidir:

“Əgər müştəri çıxarışında məbləğin çıxıldığını görür, lakin səbəbini anlamırsa, bankdan yazılı izahat tələb etməlidir. Bank bu müraciətə 10 iş günü ərzində cavab verməyə borcludur. Əgər cavab qaneedici deyilsə, vətəndaş Mərkəzi Banka müraciət edə bilər. AMB bu cür hallarda nəzarət mexanizmini işə salmalıdır.

Əlavə olaraq qeyd edim ki, bu kimi hallar sistemli xarakter alarsa, bankların hesabatlılıq və şəffaflıq standartları üzrə yenilənmiş qaydalar tətbiq edilməlidir. Mərkəzi Bank həm bank sistemlərini, həm də müştəri məlumatlarının təqdimat formatını mütəmadi audit etməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see243

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see192

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see148

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see148

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see138

Gənc müəllim: Süni intellektdən istifadə olunması tədrisi canlı, maraqlı və müasir edir MÜSAHİBƏ

05 Oktyabr 2025 13:01see137

Qlobal çağırışlar müəllimin məsuliyyətini daha da artırır

05 Oktyabr 2025 21:48see131

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see129

Dambrauskas: “Üç xal qazandıq, amma Mikelsin zədəsi hamımızı üzdü”

05 Oktyabr 2025 18:12see126

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see126

Ən narsist 4 BÜRC Onlardan uzaq durun

05 Oktyabr 2025 14:37see125

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see124

lll MDB Oyunlarının boks üzrə qalibi: Hər döyüş mənim üçün böyük sınaqdır

05 Oktyabr 2025 18:49see123

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see123

Qəzzadakı müharibənin sonuna gəlməmişik Rubio

05 Oktyabr 2025 18:22see123

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see123

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

06 Oktyabr 2025 16:52see122

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

06 Oktyabr 2025 00:29see122

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see118

Keşiş olmaq istəyirdi, QOVULDU: məşhur rejissorun həyatı haqqında yeni film

06 Oktyabr 2025 17:42see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri