Icma.az
close
up
RU
Faiz siyasətində balans axtarışı Mərkəzi Bank nəyə nail olmaq istəyir?

Faiz siyasətində balans axtarışı Mərkəzi Bank nəyə nail olmaq istəyir?

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb. AMB-nin İdarə Heyəti uçot dərəcəsini 7%-ə, faiz dəhlizinin aşağı həddini 6%-ə, faiz dəhlizinin yuxarı həddini isə 8%-ə endirib.

Mərkəzi Bank uçot dərəcəsini niyə dəyişir? Bu, onun gəlirlərinə və kreditlərin faizlərinə təsir edirmi?

Sfera.az-a bu barədə açıqlama verən beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov qeyd etdi ki, uçot dərəcəsi bir ölkənin mərkəzi bankının kommersiya və digər banklara verdiyi kreditlər üçün müəyyən etdiyi faiz dərəcəsidir. 

Onun sözlərinə görə, Mərkəzi Bank maliyyə institutlarını maliyyələşdirir, onlar da öz növbəsində bu vəsaitləri müəyyən faizlə hüquqi və fiziki şəxslərə kredit şəklində verirlər: 


“Nəticədə bu prosesdən əldə olunan gəlir əsasında dividendlər formalaşır.


Uçot dərəcəsi ölkənin mövcud iqtisadi vəziyyəti, həmçinin inflyasiya səviyyəsi nəzərə alınmaqla müəyyən edilir. Məsələn, əgər inflyasiya yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini artırmaqla bazarda pul kütləsinin artımını məhdudlaşdırmağa çalışır. Əksinə, inflyasiya səngidikdə uçot dərəcəsi azaldılır ki, bu da kredit şərtlərini yumşaldaraq əhalinin borclanmasını asanlaşdırır və nəticədə bazarda dövriyyədə olan pulun həcmi artır. Bu da öz növbəsində istehlakın və ticarət dövriyyəsinin genişlənməsinə səbəb olur".

İqtisadçı Azərbaycan iqtisadiyyatının özünəməxsus modelə malik olduğunu əlavə edib:

“Burada iqtisadi tənzimləmə vasitələri tətbiq olunarkən, nə sərt, nə də tamamilə yumşaq pul siyasəti yürüdülür. Əksinə, “qızıl orta” prinsipi əsas götürülərək balanslaşdırılmış monetar siyasət həyata keçirilir. Faiz dərəcələrinin aşağı salınması pul təklifinin artmasına səbəb olmaqla iqtisadi fəallığı stimullaşdırır və bu da ölkənin ümumi iqtisadi inkişafına müsbət təsir göstərir”.

Fidan Hacızadə
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 İyul 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri