Faktiki hava: Paytaxtda külək saniyədə 23 metrədək güclənib AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 25 noyabr, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 25-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında saniyədə 23, Şahdağda 20, Balakən, Qobustan, Şabranda 18 metrədək güclənib.
Gəncə, Naftalan, Ağstafa, Balakən, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Qrız, Yevlax, Göyçay, Daşkəsən, Naftalan, Şəmkir, Qusar, Lerikdə duman müşahidə olunub. Dumanda görmə məsafəsi 50-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11°, Naxçıvan Muxtar Respublikasında 10°-dək isti, Aran rayonlarında 8°-dək isti, dağlıq rayonlarda 2°-dək şaxta qeydə alınıb.
Baxış sayı:88
Bu xəbər 25 Noyabr 2024 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















