Falaye Sakonun Neftçi nin təklifini qəbul etmə səbəbi bəlli oldu
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Falaye Sakonun "Neftçi"yə keçidinin detalları müəyyənləşib.
Oxu.Az Fransa mətbuatına istinadən xəbər verir ki, "Monpelye"nin Liqa 1-i tərk etməsi müdafiəçinin Azərbaycana yollanmasında əsas rol oynayıb.
Mali millisinin üzvünün Fransa klubu ilə müqaviləsində komandanın elitanı tərk edəcəyi təqdirdə sərbəstqalma maddəsi olub. "Monpelye" Liqa 2-yə düşdüyündən, Sakonun gələn ilin yayına qədər olan sözləşməsi ləğv edilib.
Sağ cinah müdafiəçisi başqa ölkələrdən təkliflər alsa da, variantlar arasında yalnız "Neftçi" yüksək liqa komandası olub. Bu səbəbdən oyunçu seçimini "ağ-qaralar"ın xeyrinə edib.
Qeyd edək ki, Sako "Neftçi" ilə iki illik müqavilə imzalayıb.

Falaye Sako: “Neftçi”də əsas hədəfim çempionluqdur” MÜSAHİBƏ
18 Avqust 2025 17:20
Andrey Ştoqrin “Neftçi”nin təklifini qəbul edib
28 Avqust 2025 14:24
Kaxaber Sxadadze: “Neftçi”nin təklifini qəbul etməliydim” MÜSAHİBƏ
18 Sentyabr 2025 17:17
“Neftçi”nin rəqibi bəlli oldu
24 Aprel 2025 21:22
Neftçi nin yeni sponsoru bəlli oldu
12 Avqust 2025 17:15

