Icma.az
close
up
RU
FAO: Azərbaycan hökuməti ilə tərəfdaşlığımız inkişaf etməkdə davam edir

FAO: Azərbaycan hökuməti ilə tərəfdaşlığımız inkişaf etməkdə davam edir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 13 may, AZƏRTAC

Bakı bir neçə ay əvvəl qlobal liderlərin dünyanın qarşılaşdığı ən böyük çağırışlardan biri olan iqlim dəyişmələri ilə mübarizə aparmaq üçün bir araya gəldiyi olduqca əhəmiyyətli COP29-a ev sahibliyi etdi. Bu gün biz həmin səyləri davamlı qida sistemləri, su ehtiyatlarından daha səmərəli istifadə və iqlimə uyğun “ağıllı kənd təsərrüfatı” vasitəsilə gündəlik fəaliyyətimizlə davam edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələr Ofisinin rəhbəri Nasar Hayat 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisində deyib.

O bildirib ki, FAO innovasiyalara, bərabərlik və ədalətə, eləcə də hər kəsin təhlükəsiz, sağlam və yetərincə qidalanmaya çıxışı olan bir dünyaya sadiqdir.

“Gəlin açıq deyək ki, bu gün problemlər realdır. İqlim dəyişmələri, torpağın deqradasiyası, kənd əhalisinin miqrasiyası və s. Ancaq bu problemlərin həlli yolları da mövcuddur. İnnovasiya bizim dayanıqlılığa aparan körpüdür və bu dayanıqlılıq bizim davamlı, ədalətli, güclü qida sistemlərini necə qurmağımızdan asılıdır. Bizim bu istiqamətdə Azərbaycan hökuməti ilə tərəfdaşlığımız inkişaf etməkdə davam edir. Səmərəli suvarmadan tutmuş fermerlərin təliminə və kooperativ inkişafı ilə bağlı birgə gördüyümüz işlər nəzərə çarpacaq nailiyyətlər əldə etməyimizə kömək edir”, - deyə o qeyd edib.

N.Hayat əlavə edib ki, bunlar sadəcə layihələr deyil, həm də gələcəyə və gələcək nəsillərə edilən sərmayələrdir: “Azərbaycanın kənd təsərrüfatı sektorunun nailiyyətlərini qeyd etdiyimiz vaxtda mən hamınızı əlaqələr qurmağa və əməkdaşlıq etməyə dəvət edirəm. FAO adından qarşıdakı günlərdə hamınıza məhsuldar və faydalı təcrübə mübadiləsi aparmağı arzulayıram. Qoy müzakirələriniz yeniliklərə, əlaqələriniz fəaliyyətə gətirib çıxarsın və səyləriniz Azərbaycanda və dünyada kənd təsərrüfatı üçün daha dayanıqlı gələcək qurmağa kömək etsin”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri