Icma.az
close
up
RU
FAO: İqlim maliyyəsinin cəmi 4 faizi aqrar sektora yönəldilir

FAO: İqlim maliyyəsinin cəmi 4 faizi aqrar sektora yönəldilir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 25 may, AZƏRTAC

Kənd təsərrüfatı iqlimə uyğunlaşma və dayanıqlılığın qurulması üçün ən vacib sektorlardan biridir, lakin iqlim maliyyələşdirməsinin cəmi 4 faizi bu sektorda dayanıqlığın gücləndirilməsinə yönəldilir.

AZƏRTAC xəbər verir ki, bu fikri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yüksəkvəzifəli rəsmisi bildirib.

Bu şərh Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) və FAO tərəfindən birgə dərc edilmiş “Ekstremal istillər və kənd təsərrüfatı” adlı hesabatla bağlı verilib.

Hesabatda həddindən artıq isti havaların kənd təsərrüfatına, qida sistemlərinə, ekosistemlərə və insan həyatına təsirinin sürətlə artdığı aşkar edilib. FAO qeyd edib ki, bəzi bölgələrdə ildə 250 günə qədər işləmək üçün havalar əlverişsizdir. Təşkilat erkən xəbərdarlıq sistemlərinin və iqlimə davamlı kənd təsərrüfatı təcrübələrinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

FAO baş direktorunun müavini, iqlim dəyişikliyi, biomüxtəliflik və ətraf mühit üzrə ekspert Kaveh Zahedi həddindən artıq istilərin kənd təsərrüfatına təsirinin getdikcə daha da artdığını bildirib. Onun sözlərinə görə, orta qlobal temperaturun hər 1 dərəcə Selsi artması əsas kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının təqribən 6 faiz azalmasına səbəb olur. Ekspert qeyd edib ki, qlobal kalori qəbulunun 60 faizdən çoxunu təmin edən qarğıdalı, düyü, buğda və soya paxlasının məhsuldarlığı azalıb, hazırda fermerlər böhranın mərkəzindədirlər və onların hazırlığı gələcək ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün vacibdir.

Zahedi əlavə edib: “Fermerlər qəfil təbiət hadisələrinə hazırlaşa bilmirlər, buna görə də erkən xəbərdarlıq sistemləri onları və ərzaq təhlükəsizliyini həddindən artıq istidən qorumaq üçün edə biləcəyimiz ən ağıllı investisiyalar arasındadır”.

FAO nümayəndəsi əlavə edib ki, internet və mobil telefon çıxışındakı fərqlərə baxmayaraq, erkən xəbərdarlıq sistemləri həssas icmaları qorumaq üçün ən vacib vasitələrdən biri olaraq qalır. O, bu cür maneələrin SMS xəbərdarlıqları, icma radiosu və yerli elanlar da daxil olmaqla alternativ ünsiyyət üsulları ilə aradan qaldırıla biləcəyini deyib və fermerlərin məlumatı vaxtında və effektiv şəkildə almasını təmin etməyin zəruriliyini vurğulayıb.

O, həmçinin mövcud iqlim maliyyələşdirməsinin kənd təsərrüfatı tullantılarının azaldılması üçün yetərli olmadığını qeyd edərək bildirib ki, aqrar sektor və qida sistemləri qlobal istixana qazı tullantılarının təxminən üçdəbirini təşkil edir.

Zahedi, həmçinin kənd təsərrüfatı və qida sistemlərinin transformasiyası üçün hər il tələb olunan təxminən 1,3 trilyon dolların yalnız iqlim maliyyələşdirilməsi ilə ödənilə bilməyəcəyini bildirib. O, Türkiyənin noyabr ayında ev sahibliyi edəcəyi COP31 iqlim konfransını iqlim və kənd təsərrüfatı müzakirələri üçün vacib platforma kimi təqdim edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see333

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see314

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see305

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see302

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see293

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see284

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see264

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see260

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see253

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see250

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see247

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see244

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see238

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see237

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see230

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see217

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see202

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see202

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri