FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 24 sentyabr, AZƏRTAC
Kənd təsərrüfatında toxum növlərinin son illərdə iqlim dəyişikliklərinin təsirindən və diğer antropogen səbəblərdən azalır. Aparılan araşdırmalar göstərir ki, dünyada 75 faiz toxum növü yox olub. Dünyada mövcud olan bitki növündən - 250 min bitki növündən 30 mini istehlak edilə bilir və bunlardan cəmi 30 növü bütün dünyanı qidalandırmaqdadır. Bunlardan yalnız dördü - buğda, darı, düyü, qarğıdalı qlobal istehlakın 60 faizini təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi Rəhbərinin Proqram üzrə köməkçisi Bariz Mehdiyev "Toxumçuluqda yeni dövr: Yerli toxum, etibarlı təminat" mövzusunda konfrans çərçivəsində "Toxumçuluğun inkişafı: cari vəziyyət və hədəflər" panelində deyib.
B.Mehdiyev qeyd edib ki, hazırda qlobal səviyyədə 60 milyard dollar və ondan artıq bazar qiyməti hesablanır, növbəti illərdə bu rəqəm artmağa davam edəcək.
“FAO kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi ilə bağlı hər hansı inkişafı proqramının, strategiyanın hazırlanmasında hökumətlərə yardım göstərir. Biz 80 il ərzində çox büyük bir təcrübə toplamışıq və hər hansı bir təşəbbüsü irəli sürən ölkələr bizim bu təcrübədən istifadə edir. Biz məlumat bazası, platforması rolunu oynayırıq. Bizim Azərbaycandakı ofis 2015-ci ildə yaranıb və bundan dərhal sonra hökuməti ilə tərəfdaşlıq proqramı imzalanıb. Bu çərçivədə 9 layihə icra edirik. Onun ikisi hazırda icradadır və hazırkı konfransın təşkil olunduğu layihə də bu FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsindədir. Əməkdaşlığımız çox uğurlu gedir və çox səmərəli nəticələr verir", - deyə o bildirib.
Foto - Səfiyar Məcnun
Video - Mirrəsul Cəfərov
Baxış sayı:121
Bu xəbər 24 Sentyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















