FAO: Suriya son 60 ilin ən pis quraqlığı ilə üzləşib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qahirə, 28 iyun, AZƏRTAC
Suriyada cari kənd təsərrüfatı mövsümündə təxminən son 60 ilin ən pis quraqlığı ilə üzləşib və bu vəziyyət ölkəni idxaldan tam asılı vəziyyətə sala bilər.
AZƏRTAC xəbər verir ki, bu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaydığı bəyanatda qeyd olunur.
Bildirilir ki, Suriyada buğda əkilən təxminən 2,5 milyon hektar sahə pis iqlim şəraitindən zərər çəkib ki, bu da 16 milyondan çox vətəndaş üçün ərzaq təhlükəsizliyi riskini artırır. Bəyanatda qeyd olunur ki, bu iqlim şəraiti kənd təsərrüfatı və heyvandarlıq üçün istifadə olunan əkin sahələrinin və təbii otlaqların təxminən 75 faizinə təsir edib.
Eyni zamanda, vurğulanır ki, Suriyada bu il müşahidə olunan qısa qış mövsümü və az yağıntılı hava şəraiti 95 faizdən çox buğda sahələrinin zərər görməsinə səbəb olub. Suvarılan sahələrdə məhsuldarlığın əvvəlki illərə nisbətən 30-40 faiz azalması gözlənilir ki, bu da ölkədə 2,5 - 2,7 milyon tonluq ərzaq çatışmazlığı yarada bilər.
Qeyd edək ki, Suriyanın İqtisadiyyat və Sənaye Nazirliyi daha əvvəl keyfiyyətindən asılı olaraq buğdanın bir tonunun alış qiymətini 290-320 ABŞ dolları arasında müəyyənləşdirmiş və təhvil verilmiş hər ton buğda üçün fermerlərə 130 dollar həcmində əlavə təşviq mükafatı vəd etmişdi.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 28 İyun 2025 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















