FAO təmsilçisi: Dünyada 730 milyon insan aclıqla üzüzədir AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 19 noyabr, AZƏRTAC
Dünyada 730 milyon insan aclıqla üz-üzədir. AZƏRTAC-ın məlumatına görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Agentliyinin (FAO) Mərkəzi Asiya və Avropa üzrə baş direktoru Viorel Qutu COP29 çərçivəsində keçirilən “Su, enerji ərzaq və ekosistemlər üzrə əməkdaşlıq vasitəsilə iqlim fəaliyyətlərinin sürətləndirilməsi” mövzusunda konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2050-ci ilə kimi dünya əhalisinin 10 milyarda çatacağı proqnozlaşdırılır: “Buna görə də ərzaq istehsalı 2 dəfədən çox artırmalıdır. Kənd təsərrüfatı iqlim dəyişikliklərinə qarşı həssasdır amma. Bizim fəaliyyətimizdə enerji keçidi də vacibdir. Kənd təsərrüfatı torpağın deqradasiyasında vacib rol oynayır, amma ərzaq ehtiyacımız bundan asılıdır. Təbiətdən dayanıqlı istifadə etməsək, böhranın qarşısını ala bilməyəcəyik. Bu sahədə regional əməkdaşlıq lazımdır”.
FAO rəsmisinin sözlərinə görə, bu sahədə sektorlararası koordinasiya, biliklərin paylaşılması, regional təkliflər və çoxşaxəli fəaliyyət çox vacibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 19 Noyabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















