Farhad Məmmədov: Azərbaycan və Ermənistan sülh prosesində ikitərəfli formatı dəstəkləyir
Icma.az, Reyting.az portalına istinadən məlumat verir.
Həm Azərbaycan, həm də Ermənistan sülh prosesində ikitərəfli formatı dəstəkləyir.
Reyting.az xəbər verir ki, bunu Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Farhad Məmmədov Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu çərçivəsində "Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri" sessiyasında deyib.
Onun sözlərinə görə, ABŞ-də Bayden özünün prezidentlik dövründə işləri daha çox Blinkenə həvalə etmişdi ki, bu da özünü doğrultmurdu.
"Təəssüflər olsun ki, bu proses münasibətlərin daha da zərər görməsinə gətirib çıxarırdı. Blinkenin əsas səhvlərindən biri də Laçın marşrutu ilə bağlı mövqeyi idi ki, bu da Azərbaycanın legitim hüquqlarını pozurdu".
Mərkəz sədri Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılmasına da toxunub:
"Onların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması Azərbaycanın üçüncü qüvvəyə ehtiyacı olmadığını nümayiş etdirdi".
Fərhad Məmmədov hazırda regional kommunikasiya məsələsinin icrada olduğunu da ifadə edib:
"Həm Azərbaycan, həm də Ermənistan sülh prosesində ikitərəfli formatı dəstəkləyir".(Report)
Bu mövzuda digər xəbərlər:Macarıstan Ermənistan Azərbaycan sülh prosesini dəstəkləyir
27 May 2025 16:15
“Azərbaycan və Ermənistan sülh prosesində son nöqtəyə çatıblar” Ərdoğan
02 Sentyabr 2025 16:34
Qazaxıstan Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliləyişi alqışlayır
14 Mart 2025 16:15
“Tehran Azərbaycan və Ermənistan arasındakı sülh sazişini tam dəstəkləyir”
30 May 2025 14:12
“İran Azərbaycan Ermənistan sülh sazişini dəstəkləyir” Nazir müavini
06 May 2025 10:50
Baxış sayı:81
Bu xəbər 18 Noyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















