Fariz Rzayev Doha forumunda Azərbaycanın yaşıl enerjiyə keçid siyasətindən danışıb
Icma.az, Report.az saytına istinadən bildirir.
Azərbaycanın xarici işlər nazirinin müavini 7-8 dekabrda Fariz Rzayev Qətər Dövlətində səfərdə olub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
7-8 dekabr tarixində nazir müavini Qətərdə keçirilən 22-ci Beynəlxalq Doha Forumunda iştirak edib. Forum dünyamızın üzləşdiyi mühüm problemləri müzakirə etmək üçün qlobal dialoq platformasıdır.
Forum çərçivəsində F.Rzayev “Mərkəzi Asiya və Qlobal enerji təhlükəsizliyinin yeni erasi” adlı panel sessiyasında iştirak edib. “Azərbaycanın xarici siyasəti” mövzusunda çıxış edən F.Rzayev ölkəmizin təşəbbüskarı olduğu enerji və nəqliyyat layihələri və onların regionun inkişafı və təhlükəsizliyinə verdiyi töhvələr, ölkəmizin yaşıl enerjiyə keçid və alternativ enerji mənbələrindən istifadə sahəsindəki siyasəti, habelə COP29 çərçivəsində Azərbaycanın sədrliyi tərəfindən görülmüş işlərdən danışıb.
Eyni zamanda, səfər çərçivəsində F.Rzayevin iştirakı ilə Qətər Universiteti nəzdindəki Körfəz Araşdırmalar Mərkəzində “Azərbaycanın xarici siyasəti” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə F.Rzayev ölkəmizin yürütdüyü xarici siyasət kursu, regionda baş verən cari proseslər, Azərbaycanın BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu sədrliyi və COP29 çərçivəsində qəbul edilmiş qərarlara dair ünvanlanmış sualları cavablandırıb.
MƏLUMAT YENİLƏNİR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 09 Dekabr 2024 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















