FARO müştərinin iddiasına münasibət bildirdi
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Son günlər bir neçə media orqanlarında və sosial şəbəkə səhifələrində FARO mağazası ilə bağlı müştəri iddiaları yayılır.
Mağaza sözügedən iddialarla bağlı “Qafqazinfo”ya açıqlama verib:
“FARO-nun işgüzar nüfuzuna xələl gətirə biləcək bu məlumatlar əsassızdır. İddia olunur ki, mağazamızdan alınan məhsul müştəriyə “təbii daş” adı ilə təqdim edilib. Bildirmək istərdik ki, bu məlumat həqiqətə uyğun deyil. Satış zamanı gümüş məhsulun üzərindəki daşın sintetik tərkibli olduğu alıcıya açıq şəkildə izah edilib.
Qeyd edək ki, 2012-ci ildən etibarən FARO mağazası zərgərlik sahəsində fəaliyyət göstərərək, müştərilərinə geniş seçim imkanı təqdim edir. Mağazamız müxtəlif qiymət aralıqlarında qiymətli, yarıqiymətli, təbii, eləcə də qiymətli olmayan, o cümlədən, sintetik daşlarla bəzədilmiş zərgərlik məmulatlarının və bijuteriyanın satışını həyata keçirir. Bu illər ərzində əsas məqsədimiz yüksək xidmət mədəniyyəti, şəffaflıq, dürüstlük və müştəri məmnuniyyətini qorumaq olub.
FARO mağazası olaraq formalaşdırdığımız etibarlı xidmət ənənəsini qoruyub saxlamağa və gələcəkdə daha da gücləndirməyə sadiqik”,- deyə mağazadan əlavə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 20 Noyabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















