Fars körfəzi və Avropa İttifaqı ölkələri İranla bağlı razılığa gəldilər
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fars körfəzi və Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri İrana qarşı mübarizə və regionda uzunmüddətli sabitliyin təmin edilməsi üçün birgə diplomatik səylərin göstərilməsi ilə bağlı razılığa gəliblər.
"Ölkə.az" xəbər verir ki, bu, Yaxın Şərqdəki son hadisələrlə bağlı videokonfrans formatında keçirilən təcili iclasın yekunları üzrə nazirlərin Birgə bəyanatında qeyd olunub.
"Tərəflər səylərini İranın regionda və Avropada sabitliyi pozan fəaliyyətdən çəkinməsinə, nəticə etibarilə İran xalqının öz gələcəyini müəyyən etməsinə imkan yaratmasına yönəldəcəklər", – sənəddə bildirilib.
Nazirlər İranın region ölkələrinin ərazilərinə əsassız hücumlarını qətiyyətlə pisləyərək bunun dünya iqtisadiyyatına və qlobal təhlükəsizliyə təhdid olduğunu bildiriblər. Tehran hücumları dərhal dayandırmağa çağırılıb. Bununla yanaşı, ölkələr BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq İranın hücumlardan fərdi və kollektiv müdafiə hüququnu özlərində saxlayıb.
Bəyanatda qeyd edilir ki, tərəflər dəfələrlə İranı nüvə və ballistik raket proqramlarını məhdudlaşdırmağa, regionda və Avropada sabitliyi pozan hərəkətlərdən çəkinməyə və öz xalqına qarşı zorakılığa son qoymağa çağırıblar.
İranın körfəz ölkələrindəki mülki infrastruktura, o cümlədən neft obyektlərinə və yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində dəymiş ziyan da müzakirə edilib. Tərəflər böhranın həlli vasitəsi kimi dialoqa və diplomatiyaya sadiq olduqlarını vurğulayıblar.
Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası tərəfdən görüşə Bəhreynin xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani, Avropa tərəfindən isə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının vitse-prezidenti Dubravka Şuitsa rəhbərlik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 05 Mart 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















