Icma.az
close
up
RU
Fasilə başa çatır Premyer Liqada turöncəsi

Fasilə başa çatır Premyer Liqada turöncəsi

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Sabah Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək.

Şamaxıda start götürəcək tura Bakıda yekun vurulacaq.

17 oktyabr, 14:30 Şamaxı – Kəpəz
Milli komandaların oyunlarına görə yaranmış fasiləyə “Şamaxı” – “Kəpəz” matçıyla yekun vurulacaq.

“Kəpəz” Premyer Liqada 7 turdan sonra qələbəsi olmayan yeganə kollektivdir. VI turdan sonra Adil Şükürovla vidalaşan “sarı-göylər” “sükanı” Azər Bağırova tapşırıb. Ötən mövsüm komandada gördüyü işlər, əldə edilən nəticələrlə azarkeşlərin rəğbətini qazanan mütəxəssis ikinci dönəmində də komandanı elitada saxlamağa çalışacaq.

17 oktyab, 19:00 Turan Tovuz – Qarabağ
Turnir cədvəlinin lideri “Turan Tovuz” mövsümün əsas sınağına çıxacaq. Klub rəhbəri Ehtiram Quliyev komandanın qarşısına çempionluq hədəfi qoyub və bu mübarizədə əsas məsələ “Qarabağ“ı üstələməkdir. İndiki məqamda “atlılar”ın bir oyunu ehtiyatdadır və tovuzlularla fərq 2-dir. “Turan Tovuz” bu görüşdə qazanacağı qələbə xal fərqini daha artıra bilər. Son iki oyunda 6 qol vuran tovuzlularun real gücü məhz son çempionla oyunda bilinəcək.

18 oktyabr, 14:30 İmişli – Qəbələ
Mövsümöncəsi autsayderlərdən göstərilən “İmişli” sürpriz nəticələrə imza atıb. Komanda 7 turdan sonra 8 xal toplayıb və “Neftçi”, “Qəbələ” kimi kollektivlərdən öndədir. Müdafiədə kompakt oynayan və əsas gücü əks-hücumlara verən bölgə təmsilçisinin “Qəbələ” ilə oyunda da bu taktikadan istifadə edəcəyi gözlənilir. “Qırmızı–qaralar”ın heyətində sürətli oyunçular var və bu matçda müdafiəçilərin üzərinə böyük iş düşəcək.

“Qəbələ“də isə əsas problem təcrübə çatışmazlığıdır. Komanda hər oyun qol şansları yaratmasına baxmayaraq, məğlubiyyətlər sıralanır. 7 turda cəmi 4 xal toplayan “Qəbələ“də baş məşqçi Kaxaber Sxadadzenin postu təhlükə altına düşüb. Mütəxəssis son turlardan sonra ancaq heyətin çatışmazlığından gileylənir, lazımi transferlərin olmadığını bildirir. “İmişli”yə qarşı oyunda itiriləcək xallar mütəxəssisin komandadakı taleyini bir daha sorğuladaca.q

18 oktyabr, 18:00 Sumqayıt – Karvan-Yevlax
Hər iki komanda enişdədir. “Sumqayıt” çempionatda son 3 oyunda cəmi 1 xal qazabıb. Ardıcıl iki ev oyununu xalsız başa vuran “kimyaçılar” “Karvan-Yevlax”la oyuna dönüş kimi baxır.

“Karvan-Yevlax”da isə durum daha pisdir. Komanda son 5 matçda cəmi 1 heç-heçə edib, 4 dəfə uduzub. Yevlaxlılar ümumiyyətlə bu oyunlarda qol vurmağı da bacarmayıb. Komandaların durumuna nəzərən oyun hər iki kollektiv üçün xüsusi önəm daşıyır.

19 oktyabr, 16:00 Sabah – Zirə
“Sabah” son turlarda inamlı çıxışı ilə diqqət çəkir. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv 4 oyundur, uduzmur. Sonuncu dəfə avqustun 31-də “İmişli”yə məğlub olan “bayquşlar” sonrakı matçlarda 2 qələbə qazanıb, 2 heç-heçə edib. “Zirə” isə çempionatda məğlubiyyətsiz yoluna davam edən yeganə kollektivdir. Rəşad Sadıqovun yetirmələri ardıcıl iki oyunda heç-heçə edib.

Komandalar turnir cədvəlində müvafiq olaraq 5 və 4-cü sırada qərarlaşıb. “Sabah” qələbə qazanacağı halda, “qartallar”ı keçəcək. “Zirə“yə isə 4-cü sırada qalmaq üçün heç-heçə də bəs edir.

19 oktyabr, 18:30 Neftçi – Araz-Naxçıvan
Tura “Neftçi” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq. “Neftçi” mövsümə uğursuz start verib və 7 oyuna cəmi 1 qələbə qazanıb. 1 dəfə uduzan “ağ-qaralar” 5 dəfə də heç-heçə edib. Müdafiədə etibarlı oyunu ilə seçilən “Neftçi”də əsas problem sonluqdur. Hücumları qolla tamamlamaqda çətinlik çəkən “Neftçi” bir neçə matçda məhz bu problem üzündən xallar itirib. “Araz-Naxçıvan” isə stabil oyunu ilə seçilir. Elmar Baxşıyevin komandası 14 xalla turnir cədvəlində ikincidir. “Araz-Naxçıvan” səfər oyunlarında daha yaxşı çıxış edir, sürətli əks-hücumlarla rəqiblərə başağısı ola bilir. Oyun planında artıran “Neftçi”nin intizamlı müdafiəsi olan “Araz-Naxçıvan”a qarşı hansı sistemlə oynayacağı maraqla gözlənilir.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 Oktyabr 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri