Icma.az
close
up
RU
“Fasilədən sonra Azərbaycan daha yaxşı oynadı” İslandiyanın baş məşqçisi İdmanXəbər

“Fasilədən sonra Azərbaycan daha yaxşı oynadı” İslandiyanın baş məşqçisi İdmanXəbər

Idmanxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Çətin oyun oldu. Amma yaxşı nəticə qazandıq. Birinci hissədə komandam yaxşı çıxış etdi və istədiyimizi əldə etdik. Fasilədən sonra Azərbaycan daha yaxşı oynadı. Amma qapımızdan qol buraxmadıq və lazım olan nəticəni qazandıq”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri İslandiya millisinin baş məşqçisi Arnar Qunnlauqsson Bakıda Azərbaycan komandasına qalib gəldikləri DÇ-2026-nın seçmə matçından sonra təşkil edilən mətbuat konfransında deyib.

O, 2:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı jurnalistlərin suallarını cavablandırıb.

– Azərbaycan millisi nədə sizi təəccübləndirə bildi?

– İlk oyunla müqayisədə daha intensiv və fiziki cəhətdən yaxşı idilər. Hiss olunurdu ki, komanda artırıb. İkinci hissədəki başlanğıcı birinci hissədə gözləyirdim. Lakin bəlkə də bu, bizim komandamızın ilk hissədəki çıxışı ilə əlaqədardır ki, bunu göstərə bilmədilər. Rəqib 0:2 geri düşdükdən sonra azarkeşləri qarşısında təzyiqi artırdılar. Öz komandam da bunlara yaxşı reaksiya verdi.

– Reykyavikdəki görüşdə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş, bu gün isə Ayxan Abbasov idi. Azərbaycan millisində nəsə dəyişiklik gördünüz?

– Azərbaycan millisi ilk oyundakı kimi, eyni sistemdə oynayır. Sadəcə indi daha yaxşı strukturlu idi. Komanda düz, yaxşı yoldadır. Cavanlar da şans qazanırlar. Ukrayna millisinə qarşı görüşdə də xal qazana bilərdilər. İlk qələbə qazanmaq şans məsələsidir. Yaxın zamanda lazımı nəticələr gələcək.

– İkinci yer uğrunda Ukrayna ilə amansız mübarizə gedir. Sizcə, hansı komanda uğur qazanacaq? Fransa – Ukrayna görüşündən gözləntiniz nədir?

– Əla sualdır. Otelə gedəcəm və həmin oyunu izləyəcəm. Ümidvaram ki, Fransa qalib gələcək. Elə olarsa, heç-heçə bizi qrupda ikinci edəcək. Bu gün öz işimizi yerinə yetirmişik. Ukrayna bu gün xal qazansa, o zaman son turda qalib gəlməliyik. Ümidvaram ki, Kilian Mbappe bizi sevindirəcək.

– Bugünkü matçda hakim ədalətli idi?

– İkinci hissədəki epizod zamanı ehtiyat edirdik ki, bəlkə orada penalti var. Amma yaxşı ki, baş hakim 11 metrlik cərimə zərbəsi vermədi (sportal.az).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:35
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 14 Noyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri