Faşist Almaniyasının 163 əsgərinin Bakıdakı son mənzili
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
İkinci Dünya müharibəsi bitdikdən sonra Bakıya 42 min alman hərbi əsir gətirilib və onların əməyindən geniş istifadə olunub.
Oxu.Az PhotoStok.az-a istinadən xəbər verir ki, Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Mingəçevirdə, Sumqayıtda, Saatlıda əsirlikdə ölən almanların məzarlıqları mövcuddur.
Bu qəbiristanlıqların biri də Bakı şəhərinin Yasamal rayonunda yerləşir. Qəbiristanlıq ərazisində qara xaç şəklində bir xatirə abidəsi yerləşir. Qara xaçın qarşısındakı lövhədə alman və Azərbaycan dillərində yazılar var.
Alman dilində olan yazının tərcüməsi belədir:
"Bakıda vəfat etmiş 163 hərbi əsirin xatirəsinə. Onlardan 142-si alman, 13-ü macar, 8-i isə avstriyalıdır. Onları və bütün müharibə qurbanlarını yad edin! 1945-1947".
Qəbiristanlıqdakı lövhədə dəfn edilən hərbi əsirlərin ad-soyadları, anadan olduqları və vəfat etdikləri tarixlər göstərilib.
PhotoStock.az-ın qəbiristanlıqdan hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 09 May 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















