Faşist diktatorun nəvəsi qalib oldu FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Alessandra Mussolini İtaliyada yayımlanan "Grande Fratello VIP" ("Celebrity Big Brother Italy") realiti şousunun qalibi olub.
Milli.Az xəbər verir ki, İtaliyanın keçmiş faşist lideri Benito Mussolininin nəvəsi olan 63 yaşlı Alessandra Mussolini finalda digər iştirakçıları geridə qoyaraq 100 min avro mükafat qazanıb.
Keçmiş aktrisa, müğənni və Avropa Parlamentinin sabiq üzvü olan Mussolininin şoudakı performansı İtaliya mediasında geniş müzakirə olunub. Yerli media onun çıxışını "enerjili, iradəli və diqqətçəkən" kimi xarakterizə edib.
Qələbədən sonra açıqlama verən Alessandra Mussolini yarışmadan böyük zövq aldığını və heç nəyə görə peşman olmadığını bildirib.
Qeyd edək ki, Alessandra Mussolini həm də kino ulduzu Sofi Lorenlə ailəvi qohumluğa malikdir, o, Lorenin bacısı Mariya Skikolonenin övladıdır.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:205
Bu xəbər 21 May 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















