Icma.az
close
up
RU
Faşist zabitinin 85 il əvvəl oğurladığı bahalı tablo sahibinə qaytarılıb

Faşist zabitinin 85 il əvvəl oğurladığı bahalı tablo sahibinə qaytarılıb

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Argentinada evli cütlük nasistlər tərəfindən oğurlanmış və təsadüfən aşkar edilmiş rəsm əsərini geri qaytara biliblər.

AzPost “Der Spiegel” nəşrinə istinadən bildirir ki, rəssam Vittore Gislandinin “Bir xanımın portreti” ilə bağlı detektiv hekayənin tarixi İkinci Dünya Müharibəsindən başlanır.

Nasistlər Niderlandı işğal edəndə yerli yəhudilərin əmlakını talayıblar. Onların arasında o vaxt “Bir xanımın portreti”nin sahibi olan art-diler Jak Qudstikker də var idi. Tablonu SS xidmətinin əməkdaşı Fridirx Kadqin onun əlindən alıb. Faşist Almaniyasının məğlubiyyətindən sonra Fridrix Kadqin Argentinaya qaçıb və 1979-cu ildə orada vəfat edib.

Kadqinin öldüyü vaxt Argentinanın səlahiyyətli orqanları onun evində oğurlanmış qiymətli əşyaları tapmayıblar. Lakin 2025-ci ildə onun qızı Buenos-Ayresdə atasından miras qalmış əmlakı satmaq qərarına gəlib. Hollandiyanın “Algemeen Dagblad” qəzeti fotoşəkillərə diqqət yetirib. Orada  evdəki digər əşyalarla yanaşı, divarda nasist Kadqinin oğurladığı “Bir xanımın portreti” asılmışdı.

Medianın ev sahibləri olan Kadgin qızı və əri ilə əlaqə saxlamaq cəhdləri nəticə verməyib. Əksinə, rəsm əsəri qəflətən mənzildən yoxa çıxıb, əvəzinə divardan xalça asılıb.

Lakin polis araşdırmaya başlayıb. Sentyabrın əvvəlində cütlük nəhayət şəxsən deyil, vəkili vasitəsilə tablonu rəsmi orqanlara təhvil verib. Onların özləri də ev dustaqlığındadırlar.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://azpost.info
archiveBu xəbər 04 Sentyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri