Fatih Altaylı qılınc çəkdi: “Ərəblərə gələndə KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Türkiyəli jurnalist Fatih Altaylı Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışan qüvvələrin olduğunu və bunun üçün Azərbaycan–İsrail münasibətlərindən istifadə edildiyini bildirib.
KONKRET.az xəbər verir ki, Altaylı bu fikirləri sentyabrın 26-da dərc olunan yazısının “Uqanda, BƏƏ və Azərbaycan” hissəsində ifadə edib.
“Hansısa səbəbdən, müəyyən tərəflər Türkiyə ilə Azərbaycanı bir-birinə düşmən etmək üçün əllərindən gələni edirlər. Aydındır ki, onlar “iki dövlət, bir millət” reallığından narahatdırlar.
İstifadə etdikləri məsələ isə İsraildir. Azərbaycan ilə İsrail arasındakı münasibətlər Azərbaycanla Türkiyə arasında nifaq yaratmaq üçün daim gündəmə gətirilir”, – Altaylı yazıb.
Jurnalist BMT Baş Assambleyasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndəsinin zalda qalmasının Türkiyə mediasında geniş müzakirəyə çıxarılmasına da toxunub:
“Bu dəfə isə BMT Baş Assambleyasında qatil və soyqırımı törədən Netanyahu çıxış edərkən Azərbaycan nümayəndəsinin zalda olması Türkiyə mediasında geniş şəkildə təqdim edilir, “Hamı etiraz etmək üçün zalı tərk etdi, o isə çıxmadı” deyilir.
Düzdür, çıxmadı. Bəs çıxmayan yalnız o idimi? Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri çıxdılarmı, yoxsa onlar da Netanyahunu sona qədər dinlədilər? Niyə Əmirliklərə söz deyən yoxdur?”
Altaylı daha sonra Uqandanın Türkiyəyə münasibətindən danışıb:
“Bilirsiniz, eşidirsiniz, Uqanda Türkiyəyə qarşı son dərəcə düşmən və təhqiramiz mövqe tutur. Söhbət bir vaxtlar “adamyeyən” İdi Amin Dada ilə məşhurlaşmış həmin ölkədən gedir.
İndi isə başqa bir diktatorun boyunduruğu altındadır və həmin diktatorun Baş Qərargah rəisi olan oğlu Türkiyənin ünvanına ard-arda təhqirlər yağdırır.
Bəs Uqandanın arxasında kim dayanır? Bu çirkli diktaturanı kim dəstəkləyir?
Əlbəttə ki, Birləşmiş Ərəb Əmirlikləri.”
Fatih Altaylı yazısının bu hissəsini belə yekunlaşdırıb:
“Əmirliklərdən söhbət düşəndə hamı lal olur. Azərbaycan deyiləndə isə hamı şahin olur. Görəsən, niyə?”\\musavat.com
Baxış sayı:167
Bu xəbər 27 Sentyabr 2026 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















