Fatih Altaylının həbsi ilə bağlı açıqlama
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Türkiyənin Rabitə İdarəsinin Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi (DMM) jurnalist Fatih Altaylının həbsi ilə bağlı açıqlama yayıb.
“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, açıqlamada F. Altaylının məhkəmə prosesi ilə bağlı ictimai rəyi manipulyasiya etmək üçün sosial şəbəkələrdə kampaniya aparıldığı bildirilib.
“O, cinayət məzmunlu bu ifadələrdən istifadə edib: “...yaxın keçmişə deyil, uzaq keçmişə baxın, bu millət padşahını boğan bir millətdir. Öldürülən, sui-qəsd qurbanı olan, “intihar etdi” adı verilən Osmanlı sultanı az deyil...”
Altaylının prezidentimizlə bağlı suala cavab verməsi və nəyi nəzərdə tutduğu açıq-aşkar ortadadır, buna baxmayaraq, onun prezidentimizi nəzərdə tutmadığı, tarixi lətifə danışdığı iddiaları manipulyasiyadır”, - deyə, məlumatda vurğulanıb.
Həmçinin Fatih Altaylının saxlanılması və həbsi prosesinin Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq qanuni çərçivədə həyata keçirildiyi və qanunsuzluqlarla bağlı iddiaların tamamilə dezinformasiya məhsulu olduğu qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 23 İyun 2025 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















