Fatih Birol: Bu il də enerji səmərəliliyinin iki dəfə artırılması mümkün görünmür
Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
Bu il də qlobal səviyyədə enerji səmərəliliyinin iki dəfə artırılması mümkün görünmür.
“APA-Economics” xəbər verir ki bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol COP29 çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" adlı tədbirdə deyib.
“Enerji səmərəliliyinin iki dəfə artırılması və bərpa olunan enerjidən istifadənin üç dəfə artırılması məqsədlərinə dair əldə edilən nəticələr qənaətbəxş deyil. Məyus olduğumuz nəticələr enerji səmərəliliyindədir. Keçən il biz qlobal enerji səmərəliliyinin illik artım tempini 2 %-dən 4%-ə yüksəldilməsi barədə razılaşdıq. Bununla belə, builki rəqəmlərə nəzər saldıqda qlobal enerji səmərəliliyinin artımı cəmi 1 % təşkil edir ki, bu da 10 il əvvəlki göstəricinin yarısıdır”- Fatih Birol qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 12 Noyabr 2024 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















