“Fatih Karagümrük”ün akademiyası Xankəndiyə köçürülə bilər! klub direktoru açıqladı
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Region Liqasının son çempionu “Xankəndi”nin baş məşqçisi İbrahim Uzunca uşaq futbolunda da fəaliyyət göstərir.
“Football-plus.az”In əldə etdiyi məlumata görə türkiyəli mütəxəssis paralel məşqçilik fəaliyyəti ilə məşğuldu. Məsələni dəqiqləşdirmək üçün İbrahim bəyin özü ilə əlaqə saxladıq:
“Türkiyənin “Karagümrük” komandasının akademiyasında altı-yeddi ildi uşaqlara xidmət edirik. Mən bu komandanın direktoruyam. “Xankəndi” ilə gələn ildən peşəkar liqada işləyəcəyim üçün buranı köməkçi məşqçilərə həvalə edəcəm, bütün enerjimi “Xankəndi”yə xərcləyəcəm. Çünki ora tam başqa liqadı, hədəfimiz də böyük olacaq. Hədəfimiz çempionluq olacaq. Bu uşaqları da Azərbaycan futbolu üçün yetişdiririk. “Xankəndi”nin akademiyası qurulanda əlimizdəki uşaqları ora keçirmək üçün işlər görə bilərik. Bunlar sonranın məsələləridi. Hazırda tək məqsədimiz “Xankəndi”ni 1-ci liqaya daşımaqdı”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 17 İyun 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















