Fatih Terim Bakıya gəldi FOTO
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə millisinin və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terim “Qarabağ”ın dəvəti ilə ölkəmizə gəlib.
Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis “Qarabağ”ın təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək.




