Fatimə oğlunun 15 yaşını belə qeyd etdi: “Səninlə fəxr edən anan var”
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Fatimə Fətəliyeva 15 yaşını qeyd edən oğlu ilə bağlı paylaşım edib.
"Cebheinfo.az" xəbər verir ki, rəqqasə övladı ilə birlikdə çəkdirdiyi fotoları sosial media hesabında yayımlayaraq ona duyğulu sözlər ünvanlayıb.
“Canım oğlum, əziz balam. Bu gün 15 yaşın tamam olur. İllərin necə sürətlə keçdiyini bəzən hiss etmək belə çətindir. Səni ilk dəfə qucağıma aldığım gün sanki dünən idi. Bu gün isə qarşımda öz arzuları və xəyalları olan böyümüş bir oğlan görürəm.
Sən mənim üçün yalnız övladım deyil, həyatımın ən böyük dəyərlərindən birisən. Allah səni qorusun, yolunu açıq, bəxtini gözəl etsin. Qarşına çıxan bütün yollar səni xoşbəxtliyə, uğura və gözəl gələcəyə aparsın.
Həmişə mərd, vicdanlı, mərhəmətli və güclü insan ol. Həyatda nə baş verməsindən asılı olmayaraq, unutma ki, ananın duası hər zaman səninlədir. Mən səni hər yaşında və hər halında sevəcəyəm. Sənin xoşbəxtliyin mənim də ən böyük xoşbəxtliyimdir.
15 yaşın mübarək, mənim dəyərli oğlum! Allah sənə uzun ömür, can sağlığı, bol ruzi, uğur və gözəl tale nəsib etsin. Həmişə üzün gülsün, yolun işıqlı olsun. Səninlə fəxr edən anan var. Səni çox sevirəm”.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 22 Sentyabr 2026 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















