Fatimənin əmisindən ürəkdağlayan sözlər Video
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukraynanın Xarkov şəhərinə endirilən hava zərbələri nəticəsində həlak olan azərbaycanlı tələbə Fatimə Hüseynovanın nəşi Azərbaycana yola salınıb.
Axar.az Baku TV-yə istinadla xəbər verir ki, Xarkov Tibb Universitetinin məzunu olan Fatimə Hüseynova əslən Azərbaycanın Kürdəmir rayonundandır.
Xarkovda dünyaya gələn Fatimə 2020-ci ildə doğma şəhərində Tibb Universitetinə qəbul olunmuşdu. Müharibənin əvvəlindən ailəsi ilə birlikdə müvəqqəti Almaniyada yaşayan həmvətənimiz məzun gecəsində iştirak etmək və diplomunu almaq üçün iyunun 26-da Xarkova gəlibmiş.
Fatimə Hüseynovanın əmisi Azər Hüseynov bildirib ki, mərhum fotosessiyaya gedərkən hava hücumu nəticəsində həlak olub:
"Mələk balam rəhmətə getdi. O, çox tərbiyəli və gözəl qəlbli bir qız idi. Ürəyim yanır".
Azərbaycanlı tələbənin faciəli ölümü Ukrayna ictimaiyyətini də sarsıdıb. Məzunu olduğu universitetdə gənc həmvətənimizin xatirəsinə xüsusi guşə yaradılıb.
Qeyd edək ki, Fatimə Hüseynovanın nəşi əmisi Azər Hüseynov və Xarkovdakı Azərbaycan diasporunun nümayəndələrinin müşayiəti ilə Vətənə yola salınıb. O, ata yurdunda - Kürdəmirin Ərəbqubalı kəndində dəfn olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 01 İyul 2026 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















