Icma.az
close
up
RU
Fatma Mahmudova “Sənətkar” medalına layiq görüldüFOTO,VİDEO

Fatma Mahmudova “Sənətkar” medalına layiq görüldüFOTO,VİDEO

Tribuna saytına istinadən Icma.az xəbər verir.

- +

Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Adamın adamı” (Vasif Adıgözəlov, Anar) tamaşası nümayiş olunub.
Tribunainfo.az xəbər verir ki, bu dəfə səhnə əsəri teatrın tanınmış aktrisası, Xalq artisti, Prezident təqaüdçüsü Fatma Mahmudovanın 70 illik yubileyi münasibətilə oynanılıb.
Akademik Musiqili Teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova aktrisanın həyat və yaradıcılığı barəsində tamaşaçılara ətraflı məlumat verərək teatr rəhbərliyi və kollektiv adından, yubilyarı təbrik edib. O, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin də təbriklərini çatdırıb.
Fatma xanımın teatr sahəsindəki səmərəli fəaliyyətindən söz açan
Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov da yubilyarı “Sənətkar” medalı ilə təltif edib.
1994-cü ildən Akademik Musiqili Teatrın bir çox tamaşalarında çıxış edən Fatma xanım bu dəfə də ona həvalə edilən obrazın öhdəsindən böyük məharətlə gəlib.
Tamaşaçı alqışları altında keçən səhnə əsərində aktrisa ilə yanaşı, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Çingiz Əhmədov, Şövqi Hüseynov, İqrar Salamov, Prezident mükafatçısı Hüseyn Əlili, aktyorlar Gültac Əlili, Türkel Tariqpeyma, Şaban Cəfərov, Elxan İsmayılov, Nicat Əli, Ruslan Mürsəlov, Cəbrayıl Cəbrayılov, Günay Qasımova, Nigar Qarayeva, həmçinin teatrın xor və balet artistləri iştirak ediblər.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, dirijoru Səməd Süleymanlı, konsertmeysterləri Kamil Həsənov, Fidan Məmmədova, rejissoru Elməddin Dadaşov, rejissor assistenti Tamilla Məmmədovadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 23 Dekabr 2024 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri