Faytonçu Nazim insult keçirib küçədə yıxıldı Vəziyyəti ağırdır
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müğənni Nazim Pişiyari (Faytonçu) xəstəxanaya yerləşdirilib.
Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçi işemik insult keçirib. Küçədə yıxılan Nazim qapalı kəllə beyin travması da alıb.
O, hazırda özəl xəstəxanalardan birində müalicə alır.
N.Pişiyarinin yaxınları ilə əlaqə saxlamağa çalışsaq da cavab verən olmayıb.

