Icma.az
close
up
RU
Faytonçu Nazim kimdir? Flora Kərimovanın səhnəyə çıxartdığı sənətkar

Faytonçu Nazim kimdir? Flora Kərimovanın səhnəyə çıxartdığı sənətkar

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tanınmış müğənni və aktyor Faytonçu Nazim yanvarın 31-də işemik insult keçirib, yıxılaraq kəllə beyin travması alıb.

Lent.az “Bioqrafiya” rubrikasında sevilən müğənni və aktyor Faytonçu Nazim haqqında məlumat verir.

- Faytonçu Nazimin əsl adı nədir?

Faytonçu Nazimin əsl adı Nazim Pişyaridir.

- Faytonçu Nazim nə vaxt anadan olub?

Faytonçu Nazim 1968-ci il avqustun 26-da doğulub.

- Faytonçu Nazim harada andan olub?

Faytonçu Nazim Lənkəranda anadan olub.

- Faytonçu Nazim hansı təhsili alıb?

Faytonçu Nazim 1985-cı ildə Bakı şəhəri 26 saylı orta musiqi məktəbinin klassik gitara və ümumi fortepiano şöbəsini bitirib. 1988-1991-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fərdi qaydada vokal dərsləri alıb.

- Faytonçu Nazim nə vaxtdan səhnəyə çıxıb?

Faytonçu Nazim 1990-cı ildən peşəkar səhnədədir.

- Faytonçu Nazim hansı musiqi qrupu yaradıb?

Faytonçu Nazim 1995-ci ildə "Kainat" qrupunu yaradıb.

- Faytonçu Nazimin ailə durumu necədir?

Faytonçu Nazim ailəlidir, bir qızı və bir oğlu var.

- Faytonçu Nazim hansı qastrol səfərlərində olub?

Faytonçu Nazim 1994-cü ildə İsveç və Norveçdə qastrol səfərlərində olub. 1998-ci ildə "Kainat" qrupuyla Almanıyanın bir sıra şəhərlərində qastrolda olub.

- Faytonçu Nazim başqa hansı işlə məşğuldur?

Faytonçu Nazimin çörək dükanı var. O bildirib ki, bu çörəkləri xüsusi alman və fransız texnologiyası ilə, kimyəvi qatqı olmadan, kişmişlə mayalayaraq hazırlayırlar: “Sağlam qida olsun, insanlara faydam toxunsun istədim. Bütün sənət adamları özlərinə əlavə bir iş qururlar. Sənətin də müəyyən bir ömrü var. Hara qədər oxuya biləcəm? Bilmirəm axı. Həm yavaş-yavaş toy bazarından çəkilmək istəyirəm”.

- Faytonçu Nazimin kimlərin yetişməsində rolu olub?

Faytonçu Nazim Aygün Şükürova, Sevda Yəhyayevanın və bir neçə müğənninin yetişməsində rolu olub.

- Faytonçu Nazimin hansı ölkələrdə konsertləri olub?

Faytonçu Nazim Almaniyanın Hamburq şəhərində, İsrailin 3 böyük şəhərində konsertləri olub. 2023-cü ildə Amerikanın 3 ştatının 7 şəhərində solo konserti baş tutub. Bundan başqa Texas, Kaliforniya, Nyu-York  ştatlarında konsertləri oldu. Yeni il ərəfəsində ABŞ-da “Devidson” radiosunun “Karavan” verilişində müsahibəsi yayımlanıb.

- Faytonçu Nazim hansı filmdə rol alıb?

Faytonçu Nazim 2005-ci ildə çəkilən “Məşədi İbad-94” filmində rol alıb.

- Faytonçu Nazimin musiqiyə həvəsi necə yarandı?

Faytonçu Nazimin dayısı Əməkdar incəsənət xadimi Tələt Şahverdiyev truba  ifaçısı idi. Faytonçu Nazim bildirib ki, dayısı Maestro Niyazi ilə dünyanı gəzmişdi: “Uşaqlıqda tez-tez dayımgilə gedirdim, Şövkət Ələkbərovanı, Nəsibə Zeynalovanı, Mirzə Babayevi, Gülağa Ağayevi, Anatollu Qəniyevi dayımgilin evində görüb tanımışam. Tez-tez ləziz Lənkəran mətbəxindən dadmağa gəlirdilər. Onların sənət barədə söhbətlərini eşidə-eşidə məndə musiqiyə məhəbbət yarandı. Klassik gitara və fortepiano siniflərini bitirdim, konservatoriyada Firudin Mehdiyevdən fərdi dərslər aldım. Akif İslamzadə, Nərminə Məmmədova, Rəşid Behbudov, Flora Kərimova kimi sənətkarların əhatəsində böyüdüm, onlardan öyrəndim. Hamısını ustadım hesab edirəm. Səhnəyə çıxarkən Flora xanımdan çox şey öyrənmişəm - düzgün tələffüz, duruş, ifa, səhnə geyimi. Ustad kimi ona borcluyam”. 

- Faytonçu Nazim “Faytonçu” təxəllüsünü necə götürüb?

Faytonçu Nazim bildirib ki, bu təxəllüs vaxilə oxuduğu "Faytonçu" adlı nəğmədən qaynaqlanır: “Və bu mahnı həmin dövrdə çox populyar oldu. Musiqi çarxlarında bir müddət 1-ci yerdə qərar tutdu. Mahnı çox sevildi. Çünki nostalji bir nəğmə idi. Azərbaycan xalqı bir az sentimental xalqdır - göz yaşı ovcunun içindədi. Sonradan bu mahnıya klip də çəkildi. Bundan əlavə, o zaman sənətdə Nazim Ağayev adlı sənətçi də olub. Ona görə də ayırd etmək üçün soruşurdular ki, hansı Nazim, faytonçu? Bir sözlə, bu damğanı xalq qoyub. Bu adı mən seçməmişəm. Xalq verib”.

- Faytonçu Nazim ilk dəfə böyük səhnəyə necə çıxıb?

Faytonçu Nazimi ilk dəfə böyük səhnəyə Flora Kərimova çıxarıb. Faytonçu Nazim bildirib ki, Flora Kərimova ilə “Sevgi yolu” adlı mahnını duet oxuyublar: “Baba Vəziroğlunun sözlərinə Elçin İmanovun bəstəsi idi. Buna qədər ara-sıra çıxışlarım olurdu. O zaman bir televiziya var idi - dövlət televiziyası. Orada "Əsgər poçtu" adlı veriliş vardı. 1-ci dəfə ora çıxmışam. Ruhəngiz Qasımovanın "Bir baxmısan, bir də bax" mahnısı ilə... Amma peşəkar səhnəyə məni Flora Kərimova gətirib. Burada Teymur Əmrahın da rolu var. O, "Sevgi yolu" nəğməsini dinləyib bəyənmişdi. Ona dedim ki, mən bu mahnını Flora xanımla duet oxumaq istəyirəm. O zaman Flora xanımla o qədər də münasibətim yox idi. Dedi "mən təşkil edərəm". Mahnını ona göstərdi, o da bəyəndi və razılıq verdi. Ondan sonra hara getsə, məni də özü ilə apardı. Məni səhnəyə gətirən Flora Kərimova olub. Mən ona borcluyam. Heç zaman da ona qarşı ləyaqətsizlik etmərəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Fevral 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri