Icma.az
close
up
RU
Fazil Mustafa ilə Mübariz Əhmədoğlu arasında “müharibə” başladı

Fazil Mustafa ilə Mübariz Əhmədoğlu arasında “müharibə” başladı

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Paho, Azərbaycanın ən gopçu politoloqu kimi tanınan Mübariz Əhmədoğlu da son günlərin mövzusu ilə bağlı müdrik fikirlərini səsləndirməyi vacib sayıb. Tipik bir məzhəbçi zehniyyətə sahib Mübariz Əhmədoğlu da daxil xeyli adamlar arqumentləri tükənəndə birdən-birə Türkiyədə diqqət çəkmək üçün guya Səfəvilər mövzusu müzakirəyə çıxaranların FETO və ya Gülənçiliklə əlaqəli olduğunu vurğulamağa çalışırlar. Bu mənə daha çox nəyi xatırladır? Demək hansısa sağlam fikrin önünün kəsilməsi üçün bunların düşünə biləcəkləri deyəsən başqa bir böhtan tapılmır”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa son günlər ən çox müzakirə olunan “Şah İsmayıl Xətai mövzusu”nda danışan siyasi şərhçi Mübariz Əhmədoğluya cavabında bildirib.

“Səfəvi məsələsində qardaş Türkiyəmizə qarşı nifrətlərini ört-bas etmək üçün anti-Osmanlı görüntüsü verməsinlər deyə yeni bir tendensiya tapmışlar. Azərbaycanda yazdığı əsərlərində illərdir məzhəbçiliyin və təriqətçiliyin İslama vurduğu zərbəni açıq şəkildə ifadə edən Fazil Mustafaya xüsusi həyasızlıqla bu cür böhtanlar yönəldilməsi təsadüfi deyil. Qonşu dövlətin xüsusi xidmət orqanlarının şəxsimə qarşı 2023-cü ildə düzənlədiyi sui-qəsdi törədənlər etiraf edirdilər ki, onlara sosial şəbəkədə Fazil Mustafa ilə bağlı FETO böhtanının atılmasını xüsusi olaraq tapşırmışdılar. Bu istintaqda təsdiq olunan ifadələrdir. İndi baxıram ki, bu gopçu politoloq Mübariz Əhmədoğlu və digərləri həmin ittihamın sifarişini sanki terrorçularla eyni mənbədən almışlar. Maraqlıdır ki, biz Elçibəy məktəbni keçmiş insanlar üçün hansı müstəvidə oluruqsa olaq, Azərbaycanın dövlət maraqlarınından uca heç bir məqam tanımırırq. Bir Azərbaycan vətəndaşının bir Hizbullaçı, bir İŞİD-çı, bir FETO-çu, bir Qumçu, bir Gülənçi, PKK-çı, YPQ-çi olması və yaxud Azərbaycan və qardaş Türkiyənin maraqlarına qarşı çıxan digər məzhəbçi və təriqətçi olması şəxsən mənim anlayışıma görə Vətənin namusunu satmaq deməkdir. Dövlət də, millət də bizim bu Vətən üçün hansı fədakarlığı etdiyimizi, hətta canımızı necə ortaya qoyduğumuzu dəqiqliklə bilir. Belə namussuzluğu bəlkə də Mübariz Əhmədoğlu və başqa ona bənzərlər rahatlıqla edə bilərlər və yenə də onların qarşısında bu dövlətin marağını bizlər qoruyacağıq”, - F.Mustafa bildirib.
Deputat daha sonra əlavə edib:
“Bu şəxslərin xəstə düşüncələrini istənilən platformada darmadağın etmək mənim üçün qətiyyət çətinlik yaratmır, ancaq bunlar müzakirə yerinə üzərimizə böhtan və təhqirlə gəlirlər. Yazdığım, söylədiyim bütün fikirlərin arxasındayam, lazım bildiyim bütün platformalarda da Azərbaycan Respublikasının ali maraqlarının qorunması üçün yenə də vəzifəmdən, ictimai mövqeyimdən asılı olmadan ardıcıl mübarizə aparacağam. Yeni kitabımın Mübariz Əhmədoğlu və onun kimi geriçi ünsürlərin bütün içiboş nağıllarının ifşasını və dövlətimiz üçün zərərini daha aydın şəkildə göstərəcəkdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Avqust 2026 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri