Fazil Mustafa məğlubiyyətdən yazdı: Milli deyil, “yığma”dır! KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Fernandu Santuşa nə qədər pul verirsinizsə, bilmirəm, onun 1/10 hissəsini bir yetim azərbaycanlı baş məşqçiyə versəydiniz, heç olmasa, üç ayda bir qələbə qazanardı.
KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa sosial şəbəkə hesabında bu gün Azərbaycan millisinin Nelarusa məğlubiyyəti haqda yazıb.
Onun sözlərinə görə, Belarusa öz meydanında 0:2 hesabı ilə uduzan kollektiv gerçəkdən də bir yığma komandadır:
“Haradan yığılıb, necə yığılıb, bəlli deyil. Buna elə yığma komanda deyilməlidir. Çünki milli komanda belə olmur”.
F.Mustafanın fikrincə, Azərbaycanda nə futbol idarəçiliyi, nə də müasir anlamda futbol var:
“Sadəcə, imtiyazlı və futboldan üzaq bir qrup adamın işlətdiyi futbol təsərrüfatı var. Yarı fərdi, yarı kollektiv təsərrüfatdır. Hərdən adama elə gəlir ki, “Qarabağ” komandası da başqa planetdən gəlib. Başqa planetdən gələnlərə toxuna bilmədiklərinə görə onu əngəlləyə bilmirlər. Təsəvvür edin ki, bir “Qarabağ” komandasının Avropa Liqasının qrup mərhələsinə çıxması Premyer Liqada oynayan digər komandaların hər birinə 1 milyon avro pul qazandırıb. Yəni, bir komanda digər komandalar üçün oksigen balonu rolu oynayır”.
Baxış sayı:77
Bu xəbər 26 Mart 2025 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















