Icma.az
close
up
RU
Fazil Mustafa parlamentdə Türkiyədəki futbol yarışından DANIŞDI

Fazil Mustafa parlamentdə Türkiyədəki futbol yarışından DANIŞDI

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova parlamentin deputatlarını Antalyada baş tutan futbol oyununda qalib gəldikləri üçün təbrik etdi.

Redaktor.az-ın məlumatına görə, sədr bildirdi ki, iki platformanı özündə birləşdirən yeddi nəfərlik Milli Məclisin əməkdaşlarından ibarət komanda deputat korpusu tərkibində Türkiyədə - Antalyada iştirak etdi və orada da çox yüksək bir yer tutub.

S.Qafarova bu haqda danışmaq üçün sözü deputat Fazil Mustafaya verdi:

“Çox təşəkkür edirəm, hörmətli xanım Sədr. Əlbəttə, ölkə prezidentinin artıq aforizmə çevrilən bir sözü var: deyir ki, bizim bir ailəmiz var, o da türk dünyasıdır. Yəni Vaşinqtondan Moskvaya qədər dostlarımız, tərəfdaşlarımız, hər cür əlaqələrimiz var, amma ailə modelini biz türk dünyası üzərindən görürük. Ona görə də türk dünyasına aid olan bütün tədbirlərdə iştirak etmək Azərbaycan üçün həqiqətən də önəmli bir addımdır. Necə ki, bu günlərdə, hörmətli xanım Sədr, sizin də dəstəyinizlə TürkPA-ya daxil olan İqtisadiyyat Komissiyasının 13-cü iclası yüksək səviyyədə Azərbaycan parlamentində keçirildi.

Amma əməkdaşlıq təkcə iqtisadiyyatda, hərbdə, siyasətdə, mədəniyyətdə olmur, həm də idman və başqa sahələrdə də həyata keçirilir. Bu günlərdə Antalyada Türkiyə Böyük Millət Məclisinin təşəbbüsü ilə türk dilli dövlətlərin iştirakı ilə altı komandanın cəlb olunduğu beynəlxalq futbol turniri keçirildi. Əvvəllər bu turnirlər Avropa ölkələri ilə parlamentlərarası şəkildə keçirilirdi, bu da ilk dəfə idi ki, TürkPA-ya daxil olan ölkələrin parlamentlərinin təmsilçiləri burada iştirak etdilər.

Azərbaycan parlamentində, hörmətli xanım Sədr, sizin göstərdiyiniz hərtərəfli dəstək və stimul nəticəsində yaxşı bir komanda formalaşdırıldı: həm Milli Məclisin millət vəkillərindən ibarət, həm də bizim aparatın əməkdaşları tərəfindən. Burada qeyd edim ki, Azərbaycan komandası finala çıxdı. Finalda Türkiyə ilə qarşılaşdı. Bir şeyi də diqqətinizə çatdırım ki, Türkiyə komandasının tərkibində iki nəfər peşəkar futbol mütəxəssisi millət vəkili olaraq orada yer alırdı.

Amma bütün bunlarda əsas qalib gəlməkdən daha çox bu tədbirdə iştirak etmək idi. Quzey Kıbrıs Türk Cümhuriyyətinin də orada iştirakı nəzərdə tutulurdu və orada çox faydalı oldu, həm də burada çox yaxşı dostluq, əməkdaşlıq münasibətlərinin qurulması baş tutdu. Bu tədbirdə iştirak edən bütün millət vəkillərimizə, həm də aparatın əməkdaşlarına öz təşəkkürümü bildirirəm. Bu turnirdə böyük fədakarlıq göstərən, mən çox təəssüf edirəm ki, bizim deputat həmkarımız hörmətli Kamran Bayramov da oyunların birində - sonuncu oyunda zədələndi. Ona da Allahdan şəfa diləyirəm. Hesab edirəm ki, bu cür tədbirlərdə iştirakımız həm də Azərbaycan parlamentinin rəhbərliyinin bu cür tədbirlərə nə qədər həssas yanaşdığının göstəricisidir".

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Aprel 2026 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri