Icma.az
close
up
RU
Fazil Mustafa: Prezident “907 ci düzəliş”i cırdırıb çöpə atdırdı, ermənilərin xəyallarını gorbagor etdi

Fazil Mustafa: Prezident “907 ci düzəliş”i cırdırıb çöpə atdırdı, ermənilərin xəyallarını gorbagor etdi

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

“Kiçik dövlətlərin öz böyüklüyünü qəbul etdirməsinin çox ağrılı yolları var. Bir çox hallarda bunu ərazini genişlətməklə, əhali sayını artırmaqla etmək mümkün olmur. Bir dönəm əlində olan təbii resurslarla bəzi böyük dövlətləri neytrallaşdırmaq mümkün olsa da, bir gün bu resurslar da öz cəlbediciliyini itirə bilir. Demək ki, kiçik dövlətlər üçün bir optimal yol qalır: öz mövcud olduğu regionda təsir gücünü artımaq və bu müstəvidən tədricən dünya siyasi mühitində öz əhəmiyyətililiyini qəbul etdirmək. Bu strategiyanı Qafqaz regionu dövlətləri içərisində yalnız prezident İlham Əliyev böyük ustalıqla gerçəkləşdirməyi bacardı. İlk öncə bunu Azərbaycan ərazisi işğal olunmuş dövlət obrazından çıxarmaqla etdi. Vaşinqton sammiti də məhz bu təsir gücünü, bu əhəmiyyəti anlatmanın bir tablosu olaraq görülməlidir”.
Ölkə.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin növbədənkənar sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, vaxtilə Avropa Birliyinə, onun dəstəyi ilə öz ərazi bütövlüyünü dəstəkləməyə çalışan postsovet ölkələrini yəqin ki, unutmamısınız. “Sənədlərdə, münasibətlərdə  bizdən irəli getmişdilər. Avropa Şurasının, Avropa Birliyinin, ABŞ Konqresinin qətnamə və qərarlarında Gürcüstanın, Moldovanın, Ukraynanın hər dəfə ərazisinin işğal olunmasından bəhs edən bəndlərdə bu ölkələrə açıqca dəstək verənlər Azərbaycanın işğala məruz qalması faktını yalnız unutmaqla kifayətlənmirdilər,  həm də işğalçı Ermənistana avantaj yaratmaq üçün ölkəmizə qarşı bütün qaralayıcı addımlardan istifadə edirdilər. Yekun nə oldu? Onların davamlı olaraq dəstəklədiyi ölkələr heç biri ərazi bütövlüyü problemini həll edə bilmədilər. İndi həmin tələsən, Şuraya, Konqresə, Birliyə arxayın olanlar geriyə dönüb öz torpaqlarını öz gücü, iradəsi ilə işğaldan azad etmiş Azərbaycana həsədlə baxırlar ki, necə oldu siz bu problemi postsovet məkanında yeganə ölkə olaraq Avropa Şurasının, Avropa Birliyinin maneçiliyinə rəğmən çözə bildiniz? Ardınca Avropa Birliyinə, NATO-ya daxil olmaq üçün tələsdilər. Buna görə vizasız gediş gəliş hədiyyəsini də aldılar. Azərbaycan yenə də bu qurumlarla optimal müstəqillik məsafəsini saxlamağı bacardı.  İndi sual olunur: bu tələsənlərdən kimisə siyasi və ya hərbi cənnət olaraq təbliğ olunan həmin məkana qəbul etdilərmi? Azərbaycan bu şuraların, bu birliklərin, bu kollektiv təhlükələrin, kollektiv konqreslərin üzərindən uçaraq  Minsk qrupunu dəfn etdi, 907-ci düzəliş kimi tanınan 33 illik sanksiyanı cırdırıb çöpə atdırdı, ermənilərin Azərbaycan torpaqları üzərindən böyümə xəyallarını, ümidlərini gorbagor etdi”, - deputat qeyd edib.
O əlavə edib ki, nəticə ortadadır: “ABŞ kimi dünya gücü ilə Ağ evdə Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji işçi qrupu yaradıldı. Eyni zamanda Azərbaycan və Ermənistan arasında birgə Bəyannamə imzalandı, ABŞ prezidentinin şahidliyi ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş paraflandı. Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşurutu kimi vacib siyasi terminologiya təsis edildi.
Ilham Əliyev həm də erməni xalqına ekosiyasi sağlamlıq və rifah hüdudlarını göstərdi. Prezident İlham Əliyevin dəmir yumruğu və diplomatiyası sayəsində öz siyasi ərazi hüdudlarına qaytarılmış bu dövlətin bundan sonrakı dövrdə hansı yolu gedəcəyini belə səmimi şəkildə izah etdi. Bununla O, həm də faydalı qonşu olmanın modelini göstərmiş oldu.
Azərbaycanın ərazi bütövlüyünü bərpa edəndən sonrakı hədəfə doğru yürüməkdəyik. Bu hədəf Naxçıvanla quru yolumuzun açılacağı Bütöv Azərbaycandır. Həm də bununla iki düşmən dövlət arasında savaşa son qoyulur, qonşu xalqlar arasında rəqabətə start verilir. İndi xalqımızı bu rəqabətə hazırlamalıyıq. 
Anlaşılması zəruri olan əsas tezis fikrimcə budur: İlham Əliyev Azərbaycanı mini meydançada oynamaqdan divlərin yer aldığı böyük meydançaya keçirməyi inanılmaz ustalıqla bacardı. Beş il öncəki yuxularınızı təftiş etsəniz buna özünüz də inana bilməyəcəksiniz. Ancaq bu meydançada həmişə qalmaq üçün hamılıqla fədakarlıq etməliyik. Ağ Evin simvolik açarı bizim üçün xoşbəxtlik və təhlükəsizlik təminatı olmasa da, bu açardan ağıllı istifadə etmə şansına olduqca ciddi yanaşmalıyıq”.
Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri