Icma.az
close
up
RU
Fazil Mustafa: “Qazanılan Qələbə müstəqilliyimizin dəyərini daha da artırdı”

Fazil Mustafa: “Qazanılan Qələbə müstəqilliyimizin dəyərini daha da artırdı”

Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisin plenar iclasında çıxış edən deputat Fazil Mustafa Azərbaycanın dövlət müstəqilliyi və müasir dövrdə qarşıda duran sosial-demoqrafik problemlər barədə fikirlərini bölüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, Azərbaycanın müstəqilliyinin qazanılması xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir.

Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqların işğaldan azad olunması müstəqillik ideyasına yeni dəyər qazandırıb.

“Müstəqilliyin sadəcə bəyanatlar və qərarlardan ibarət olmadığını biz son illərdə daha dərindən anladıq. 200 il ərzində ilk dəfə torpaqlarımızın tam sahibinə çevrildik və bu, xalqımız üçün müstəqilliyin əsl mənasını ortaya qoydu”, - deyə Fazil Mustafa qeyd edib.

Millət vəkili həmçinin Türkiyə Cümhuriyyətində qəbul edilən qərara toxunaraq bildirib ki, türk respublikalarından olan vətəndaşlara Türkiyədə əcnəbi statusunun ləğvi mühüm addımdır.

O, oxşar yanaşmanın Azərbaycanın demoqrafik problemlərinin həlli baxımından da faydalı ola biləcəyini vurğulayıb.

Fazil Mustafa qeyd edib ki, xüsusilə Gürcüstan və Rusiyada yaşayan soydaşlarımızın Azərbaycanda hüquqi baxımdan “soydaş” statusunda tanınmaması müəyyən problemlər yaradır. Onun fikrincə, bu məsələ həm dövlət maraqları, həm də milli birliyin gücləndirilməsi baxımından müzakirə olunmalıdır.

Deputat çıxışında ailə institutunun qorunması məsələsinə də toxunub. O bildirib ki, son beş ildə Azərbaycanda 83 min nikahdankənar uşaq doğulub, 9 min uşaq isə 15-19 yaşlı qızlar tərəfindən dünyaya gətirilib.

“Müqayisədə əhalisi çox olan ölkələr üçün bu rəqəmlər bəlkə də kritik sayılmaya bilər, amma bizim kimi ölkə üçün bu, ciddi sosial problemdir. Ailə institutunun zəifləməsi cəmiyyətin təməlinə təsir göstərir və biz bu məsələni ictimai səviyyədə geniş müzakirəyə çıxarmalıyıq”, - deyə Fazil Mustafa vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri