Icma.az
close
up
RU
Fazil Mustafadan MARAQLI AÇIQLAMA: Messini görəndə ağlayan uşaqlar...

Fazil Mustafadan MARAQLI AÇIQLAMA: Messini görəndə ağlayan uşaqlar...

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

"Messini Bakıya gətirmək yaxşı işdir. Özəlliklə də çox sayda uşağın sevincini görməyə dəyərdi. İdealları olan bir futbolçunu bu cür qarşılamaq və sevinmək uşaqların haqqıdır. Hələ bu görüşə qatıla bilməyənlərin üzüntüsünü də anlamaq lazımdır."

Hurriyyet.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa facebook səhifəsində paylaşıb.

"Messi, fikrimcə dünyanın gəlmiş-keçmiş ən möcüzəli futbolçusudur. Bununla belə, ən aktual məsələ bu cür gəliş-gedişlərin ölkəmizdə futbolun inkişafına faydası barədə strategiyadır. Varmı belə strategiya? Bilgim olmadığından qəti söz söyləmək istəməzdim. Ancaq düşünürəm ki, sırf şou xarakteri daşıyan addımdır. Məsələn, Məsut Özilin gəlişi, meydançada uşaqlarla top qovması daha anlamlı görünürdü. Əlbəttə, qonağa qazan yeməklərini, kababımızı ikram etmək də vacibdir. Bu cür əlahiddə qonaqları qazanımızın içində gəzdirməklə bərabər qazonumuzun da üstündə dolaşdırmaq yaxşı olardı. Bu cür futbolçuların uşaq idmanına dəstək üçün gəlməsi ən ciddi strategiya olaraq düşünülməlidir. Tövsiyələri faydalı ola bilər. Ən rahat yol isə başqadır. Futbolu diletantların cəngindən xilas edib, ağıllı milli çempionat platforması yaradırsan, 5-6 “Qarabağ” kimi, hətta bu standartdan da yuxarı komanda formalaşır, Avropa yarışlarında stabil yer alır və heyətində ulduzların olduğu komandalar vaxtaşırı Bakıya, Ağdama, Naxçıvana, Lənkərana gəlir. O zaman uşaqlarda da buna alışqanlıq yaranır və Messini gördüyündə ağladıqları kimi davranmırlar. Anlayıram, Molla Nəsrəddinin biznes məsələsinə bənzər bir şeylər olduğunun fərqindəyəm, ancaq bəlkə də, buradan başlamaq daha məqsədəuyğun olar. Mollanın biznes planı belədir: qapının yaxınına tikan əkəcək, oradan keçən qoyunların yunu tikana ilişəcək, bu yunu əyirəcək, onu ipə çevirib paltar toxuyacaq, paltarı satıb pul qazanacaq! Sadəcə hər bölgədə uşaqlar üçün əlçatan formada futbol, basketbol, voleybol, həndbol, reqbi, üzgüçülük, atletika infrastrukturu yaratsaq Olimpiya çempionları yetişdirən bu məmləkət niyə də Messi dəyərində bir azərbaycanlı Məsi yetişdirməsin?!"/Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 Dekabr 2024 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri