Icma.az
close
up
RU
Fazil Mustafaya sui qəsd edənlərin ailəsi ondan imdad diləyib? Deputat danışdı

Fazil Mustafaya sui qəsd edənlərin ailəsi ondan imdad diləyib? Deputat danışdı

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İyulun 8-də deputat Fazil Mustafaya sui-qəsdə cəhd etməkdə təqsirləndirilən Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun kassasiya şikayətləri üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Sosial şəbəkələrdə məhkum edilənlərin ailələrinin - ata-analarının Fazil Mustafaya müraciət edərək imdad dilməsi ilə bağlı məlumatlar yayılıb.

Modern.az yayılan xəbərləri dəqiqləşdirmək məqsədilə deputatla əlaqə saxlayıb.

"Mənə hər hansı müraciət olmayıb"

Saytımıza açıqlamasında Fazil Mustafa bildirib ki, bu barədə hər hansı məlumatı yoxdur:

“Bu barədə mənim hər hansı məlumatım yoxdur. Amma məhkəmədə aparılan prosesdə onların davranışları hər hansı şəkildə imdad diləmə kimi nəzərdə tutulmur. Bunlar müsəlmanlığı bütövlükdə vəhşilik törətmək vasitəsi kimi görən, dini başqa insanları susdurmaq inancı kimi anlayan və xarici ölkənin Azərbaycan üçün yetişdirdiyi casus şəbəkəsinin elementləridir. Onların məndən hər hansı formada imdad diləməsinin mənəvi və hüquqi əsası yoxdur. Çünki onlar  mənim şəxsimə qəsddən daha çox bir dövlətin Azərbayacana qarşı təxribatlarında yer alan adamlardır. İndi bunu könüllü və ya məcburi qəbul etdiklərini məhkəmədə ən azından etiraf edə bilərdilər. Həbs olunan şəxslər tərəfindən imdad çağırışları olmayıb. Ola bilsin hər hansı şəbəkə vasitəsilə yaxın çevrəsi tərəfindən bu məsələ gündəmə gətirilə bilər”.

"Bu, yalnız mənim şəxsimlə bağlı deyil"

F.Mustafa vurğulayıb ki, sui-qəsd məsələsi yalnız onunla bağlı iş deyil:

“Bu, dövlətə, dövlət xadiminə qarşı törədilmiş cinayətdir. Onlar öldürmə məqsədilə bunu həyata keçiriblər. Ona görə də bu kimi cinayətlərdə kiminsə bağışlaması və ya məsələnin üzərindən keçilməsi mümkün deyil. Bu dövlətin verdiyi cəzadır. Dövlət də o məsələni özünə qarşı edilmiş təxribat, sui-qəsd hadisəsi kimi qiymətləndirirək belə bir addım atıb”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 İyul 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri