Icma.az
close
up
RU
Fazil Qasımovun işi üzrə məhkəmə istintaqı başlayıb

Fazil Qasımovun işi üzrə məhkəmə istintaqı başlayıb

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birlikdə ittiham olunan Anar Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başladığı elan olunub.

Dövlət ittihamçısı Fuad Musayev ittiham aktını səsləndirib.

Fazil Qasımov buna etiraz edərək vəsatəti olduğunu, vəkilinin iştirakı olmadan ittiham aktının elan olunmasının düzgün olmadığını, yeni vəkillə müqavilə bağladığını bildirib.

Lakin prokuror nitqini davam etdirib.

İttihama görə, Fazil Qasımov Qubad İbadoğlu və Anar Əliyev ilə qabaqcadan cinayət əlaqəsinə girərək mənbəyi naməlum olan saxta pul vəsaitlərini Türkiyədən Azərbaycana keçirib. Təqsirləndirilən Anar Əliyevin evində axtarış zamanı həmin pul vəsaiti - 20 min ABŞ dolları aşkar olunaraq götürülüb. Eyni zamanda, onda odlu silah da aşkarlanıb.

Prokurorun çıxışından sonra vəkil Nemət Kərimli Fazil Qasımovun vəkili qismində iştirak edəcəyini bildirib.

Daha sonra Fazil Qasımov özünü yaxşı hiss etmədiyini söyləyib və onun halı pisləşib.

Proses dekabrın 12-dək təxirə salınıb.

Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. O, Qubad İbadoğlunun işi ilə bağlı saxlanılıb. İstintaqın gedişində Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılaraq icraata götürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 Dekabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see197

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see172

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see160

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see134

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see126

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see124

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see123

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see117

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see117

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see116

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see116

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see112

Beşiktaş və Fənərbaxça braziliyalı futbolçu üçün mübarizə aparır

31 May 2025 11:56see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri