FCSB nin futbolçusu Qarabağ la oyunda avtoqola görə cəzalandırıldı
Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.
Rumıniyın FCSB komandasının futbolçusu Coyskim Dava cəzalandırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə klubun sahibi Cici Bekali açıqlama verib.
O bildirib ki, səbəb Bakıda "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının VII tur matçında kamerunlu mərkəz müdafiəçisinin öz qapısına qol vurması və bir neçə səhvə yol verməsidir. Bekali 29 yaşlı stopperin son turda İngiltərədə "Mançester Yunayted"ə qarşı oynamayacağını bildirib.
Əvəzində həmin mövqedə Mihay Popesku çıxış edəcək. Popesku Bakıdakı görüşdə əzələsində ağrılar hiss etdiyi üçün meydanı tərk edən Florin Tenasunu əvəzləyib. Tenasunun bu gün UTA komandasına qarşı Rumıniya çempionatı matçında iştirak etməyəcəyi gözlənilir.
Qeyd edək ki, Cici Bekalinin FCSB-də heyət seçimlərinə qarışması müntəzəm baş verir. O, "Qarabağ"la oyun üçün start heyətini də öncədən açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 26 Yanvar 2025 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















