Fəaliyyəti dayandırılan məktəbin şagirdləri bu məktəbə KÖÇÜRÜLDÜ
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Fəaliyyəti müvəqqəti dayandırılan Abşeron rayonu Mehdiabad qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin məktəbəhazırlıq qruplarında və ibtidai siniflərində təhsil alan şagirdlər eyniadlı qəsəbənin yaxınlıqda yerləşən 5 nömrəli tam orta ümumtəhsil məktəbinə köçürülüb.
Bu barədə Redaktor.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, digər siniflərin də köçürülməsi istiqamətində müvafiq tədbirlər görülür.
Xatırladaq ki, adıçəkilən məktəbin binasında aparılan texniki baxış zamanı divarlarda çatların yarandığı müəyyən edilib. Baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, məktəb binasının təhlükəsiz istismarının təmin edilməsi məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi barədə göstəriş verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 01 Aprel 2026 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















