Icma.az
close
up
RU
Fəaliyyəti dayandırılmış Skype a ən yaxşı alternativlər

Fəaliyyəti dayandırılmış Skype a ən yaxşı alternativlər

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyanın hər yerindən insanları birləşdirən məşhur videozəng xidməti “Skype” bu gündən etibarən fəaliyyətini dayandırıb.

Banco.az xəbər verir ki, “Skype” istifadəçiləri artıq bütün əlaqə və söhbət məlumatlarını “Microsoft Teams”ə rahat şəkildə köçürə bilərlər. Bunun üçün sadəcə “Skype” hesab məlumatları ilə “Teams”ə daxil olmaq kifayətdir. Daxil olduqdan sonra bütün şəxsi mesajlar və kontaktlar avtomatik şəkildə yeni platformaya keçirilir.

“Teams” “Skype” kimi mesajlaşma, fayl paylaşımı, fərdi və qrup zəngləri funksiyalarını təklif edir. Lakin, “Skype” daha çox 20 nəfərlik kiçik və gündəlik istifadə üçün nəzərdə tutulmuş platformadırsa, Teams daha çox iş yönümlüdür və 10 min iştirakçıya qədər video görüşlərə dəstək verir. Platforma Android, iOS, Mac, PC və vebdə istifadə oluna bilər.

Əgər istifadəçilər “Skype”dan tamamilə ayrılmaq istəyirlərsə, məlumatları yükləyib başqa platformalara da keçə bilərlər. Ən məşhur alternativlər bunlardır:

Google Meet

Google hesabı ilə istifadə mümkündür.

100 iştirakçıya qədər görüşlər, ekran paylaşımı və qeyd imkanları var.

Pulsuz versiyada 3-dən çox iştirakçı olarsa, 60 dəqiqəlik məhdudiyyət tətbiq olunur.

Google Workspace planı ilə əlavə imkanlar təqdim olunur.

Zoom

100 iştirakçıya qədər dəstək və geniş funksiyalar: ekran paylaşımı, qeyd, lövhə və s.

Pulsuz versiyada görüşlər 40 dəqiqə ilə məhdudlaşdırılır.

Abunəlik ayda 13-18 dollar arası dəyişir.

Webex

100 nəfərlik pulsuz görüş imkanı, 40 dəqiqə limit ilə.

Ekran paylaşımı, qeyd, lövhə və süni intellekt köməkçisi kimi imkanlar.

Ödənişli versiyalarda 1000 iştirakçıya qədər dəstək var.

Discord

Kiçik komandalar üçün uyğundur, 25 nəfərlik zəng limiti var.

Sınırsız görüş müddəti, ekran paylaşımı və qeyd imkanı mövcuddur.

Slack

Rəsmi görüşlər üçün deyil, gündəlik, spontan söhbətlər və qısa zənglər üçün uyğundur.

Huddle funksiyası ilə sürətli səsli və video bağlantılar mümkündür.

Signal

Tamamilə şifrələnmiş görüntülü zənglər.

50 nəfərə qədər iştirak dəstəyi.

Qrup yaratmadan link vasitəsilə görüşlərə qoşulmaq mümkündür.

Digər alternativlər

“WhatsApp”, “Facebook Messenger” və “Apple FaceTime” daha çox fərdi istifadə və kiçik qruplar üçün əlverişlidir.

​​Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://banco.az
archiveBu xəbər 05 May 2025 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri