Icma.az
close
up
RU
Fəallar qalıq yanacaqlardan imtinaya və iqlim ədalətinə çağırış ediblər

Fəallar qalıq yanacaqlardan imtinaya və iqlim ədalətinə çağırış ediblər

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İctimai təşkilatların nümayəndələri və iqlim fəalları qlobal istiləşmə ilə mübarizə üçün ambisiyalı qərarların olmamasından və ölkələrin qalıq yanacaqlardan imtina üzrə yeni plan hazırlaması tələbindən narazılıqlarını bildiriblər. SİA xəbər verir ki, bunu “Earth Island Institute” nümayəndələri COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildiriblər.

İştirakçılar vurğulayıblar ki, əhəmiyyətli maliyyə və qətiyyətli addımlar olmadıqca dünyanı ekoloji fəlakət gözləyir.

Qalıq yanacaqların yayılmaması haqqında müqavilənin qlobal qaşılıqlı fəaliyyət üzrə direktoru Harcit Singh bildirib ki, inkişaf etmiş ölkələr öz öhdəliklərindən yayınırlar.

Botsvanalı iqlim ədaləti fəalı Tato Gubaytsi iqlim böhranının artıq milyonlarla insanın həyatını necə məhv etdiyindən danışıb: "Qlobal Şimalın bir çox ölkələri üçün iqlim böhranı uzaq təhlükə kimi görünə bilər, amma bizim üçün bu reallıqdır. Bizə kreditlər şəklində deyil, icmalarımızı qorumağa imkan verəcək qrantlar şəklində maliyyə lazımdır".

Onun sözlərinə görə, zəngin ölkələrin öhdəliklərini yerinə yetirməkdən imtina etməsi təkcə Afrika ölkələrinə deyil, Paris Sazişinin ruhuna da xəyanətdir.

"Sakit Okean İqlim Döyüşçüləri" hərəkatının nümayəndəsi Cozef Sekulu danışıqlardakı disbalansı qeyd edib: "COP29-da korporasiyaların maraqlarını müdafiə edən 1773 qalıq yanacaq lobbisti görürük. Neft və qaz lobbisinin real gücünü əks etdirən belə rəqəmlər olduğu halda biz necə ambisiyalara ümid edə bilərik? Biz hər il 1 trilyon dollar qrant tələb edirik. Bu, xeyriyyəçilik deyil - bu, varlı ölkələrin qaytarmalı olduğu borcdur".

“Fridays for Future” hərəkatının fəalı Ayşka Nacib alim, fəal və s. tərəfindən imzalanmış açıq məktub təqdim edib. "Biz liderlərə xatırlatmaq üçün məktub kampaniyası başlatdıq: biz uçurumun kənarındayıq. İqlim ədalətsizliyi aradan qaldırılmalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Noyabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see333

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see314

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see305

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see302

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see293

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see284

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see264

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see260

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see253

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see250

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see247

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see244

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see238

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see237

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see230

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see217

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see202

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see202

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri