FED ikinci dəfə faiz dərəcəsini endirdi: Növbəti addım necə olacaq?
Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
Oktyabrın 28–29-da keçirilən iclasda ABŞ Federal Ehtiyat Sistemi (FED) siyasət faizini 25 baza bəndi azaldaraq 3,75–4 faiz aralığına endirib.
Banco.az xəbər verir ki, bu, FED-in 2025-ci il ərzində ikinci faiz endirimi olub.
Eyni zamanda, FED dekabrın 1-dən etibarən balansının kiçilməsini dayandıracağını açıqlayıb.
Qərar 10 lehinə, 2 əleyhinə səslə qəbul edilib. Üzvlərdən Stiven Miran 50 baza bəndlik azalmaya, Cefri Şmidt isə məzənnənin dəyişməz saxlanmasına səs verib.
Qərar mətnində inflyasiyanın ilin əvvəlindən artdığı və hələ də nisbətən yüksək səviyyədə qaldığı qeyd olunub. Bununla yanaşı, son aylarda məşğulluq bazarında risklərin artdığı və işə qəbulun yavaşladığı vurğulanıb.
Mətbuat konfransında çıxış edən FED sədri Cerom Pouell bildirib ki, dekabr ayında növbəti faiz endiriminin olacağı hələlik qəti deyil:
“İqtisadi göstəriciləri və inflyasiya məlumatlarını diqqətlə izləyirik. Dekabr toplantısında əlavə faiz endirimi barədə qərar indidən verilə bilməz.”
İqtisadçıların fikrincə, oktyabr qərarı bazar gözləntilərinə uyğun olub, lakin Pouellin açıqlamaları FED-in gələcək pul siyasəti istiqaməti ilə bağlı qeyri-müəyyənliyi bir qədər artırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 30 Oktyabr 2025 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















