Icma.az
close
up
RU
Fədakar media qurucusu, yurdsevər ziyalı

Fədakar media qurucusu, yurdsevər ziyalı

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Dünən Azərbaycan Mətbuat Şurasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Əməkdar mədəniyyət işçisi, Mətbuat Şurası İdarə Heyətinin üzvü Umud Rəhimoğlunun anadan olmasının 65 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.

Şura sədri Rəşad Məcid qeyd etdi ki, Umud Rəhimoğlu həyatını Azərbaycan naminə əməli fəaliyyətə həsr etmiş istedadlı həmkar, bacarıqlı təşkilatçı və dərin mənəvi keyfiyyətləri özündə birləşdirən ziyalı, xeyirxahlıq, fədakarlıq və zəhmətkeşlik nümunəsidir. Qurucusu və rəhbəri olduğu mətbuat fondu onun nümunəvi obrazının geniş platformasına çevrilmiş təşkilatdır. Bu təşkilat BMT-nin İqtisadi-Sosial Şurasının ən yüksək statuslu üzvüdür.

Bildirildi ki, Umud müəllimin təbiətindən irəli gələn dərin keyfiyyətlər ən çətin dövrlərdə - torpaqlarımızın işğal altında olduğu dönəmlərdə təşkilatı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, bir növ, mayaka çevirdi. BAMF xarici media nümayəndələrinin cəbhə xəttinə yaxın ərazilərimizə yüzdən artıq səfərini reallaşdırdı, Ermənistanın törətdiyi insanlıq əleyhinə cinayətlərlə bağlı obyektiv məlumatların beynəlxalq aləmə çatdırılması istiqamətində müstəsna xidmətlər göstərdi.

BAMF sədri Azərbaycanın beynəlxalq media müstəvisindəki əməkdaşlığının qurulmasına da mühüm töhfələr verib. Umud Rəhimoğlu dünyanın tanınmış media qurumlarını özündə birləşdirən Beynəlxalq Mətbuat İnstitutunun İdarə Heyətinin, Nobel Sülh Mükafatı laureatı olan Beynəlxaq Sülh Bürosunun Ali Şurasının üzvü və qurumun 18 Qərbi Asiya ölkəsi üzrə nümayəndəsi kimi də Azərbaycan naminə çalışıb, ölkəmizin təbliği istiqamətində çoxsaylı təşəbbüslər irəli sürüb və reallaşdırıb.

Mərasimdə yubilyarın ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasındakı və inkişafındakı xidmətlərinin də müstəsna əhəmiyyət daşıdığı vurğulandı. Qeyd edildi ki, onun rəhbərlik etdiyi qurumun Qarabağ münaqişəsi ilə bağlı 10-dan çox bəyanatı BMT-nin rəsmi səhifəsində dərc edilmiş, Nyu York, Cenevrə ofislərində Azərbaycan həqiqətləri ilə bağlı paralel sessiyalar, tədbirlər keçirilmiş, çoxsaylı nəşrlər, müraciətlər hazırlanmışdır. Həmkarımız Vətən müharibəsi dövründə Tərtər, Bərdə, Gəncə, Ağdam, Goranboy, Füzuli istiqamətindəki ən qaynar nöqtələrdən 40-dan çox televiziya reportajını və 100-dən çox canlı yayımı dünyaya təqdim edən “Əl-Cəzirə” telekanalını Azərbaycana dəvət və müşayiət etmişdir.

Yubilyarı ölkənin media ictimaiyyəti adından səmimi təbrik edən Rəşad Məcid qeyd edilən çoxşaxəli xidmətlərinə görə və anadan olmasının 65 illiyi münasibətilə Umud Rəhimoğluya Azərbaycan Mətbuat Şurasının diplomunu təqdim etdi.

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, Azərbaycan Dövlət İnformasiya Agentliyi İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov Umud Rəhimoğlunun ölkəmizdə fədakarlığı və istedadı ilə seçilən media xadimi olduğunu, xaricdə də layiqincə tanındığını söylədi.

Yubilyarı fəal media qurucusu, mötəbər qələm sahibi, gözəl dost, qayğıkeş və həssas ailə başçısı kimi səciyyələndirən, “Xalq qəzeti”nin baş redaktoru, MŞ İdarə Heyətinin üzvü Əflatun Amaşov onun həm də incə ruhlu bir şair olduğunu diqqətə çatdırdı. Mədəniyyət nazirinin müşaviri, yazıçı-publisist Orxan Fikrətoğlu bildirdi ki, çoxillik dostu Umud müəllim vətənpərvər ziyalı və Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdıran nüfuzlu söz sahibidir.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirdi ki, yubilyar peşəkarlıqla şəxsi düşüncəni məharətlə birləşdirməyi bacaran, çoxşaxəli fəaliyyət diapazonu ilə seçilən bir ziyalıdır. Türkiyənin Azərbaycandakı Səfirliyinin media müşaviri Alptəkin Cihangir İşbilir Umud Rəhimoğlunun fəaliyyətinin xalq diplomatiyasının bariz örnəyi, sülhyaratma missiyası olduğunu vurğuladı. Medianın İnkişafı Agentliyi icraçı direktorunun müavini Natiq Məmmədli isə Umud müəllimin yaratdığı BAMF-ın ciddi jurnalistika məktəbi, gənc jurnalistlərin himayədarı olduğunu xatırlatdı.

Milli Məclisin jurnalist deputatları Vüqar Rəhimzadə, Hikmət Babaoğlu, Elçin Mirzəbəyli yubilyar həmkarlarının şəxsiyyətinin və xidmətlərinin ölkənin rəhbər qurumlarında da layiqincə dəyərləndirildiyini dedilər və onu səmimi təbrik etdilər.

BDU jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu və kafedra müdiri Cahangir Məmmədli, şair-publisistlər Vaqif

Bəhmənli, Rəhilə Gülgün və Gülşən Behbud, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu, İTV telekanalının departament rəhbəri Anar Yusifoğlu, “Bizimyol.info” saytının baş redaktoru Bahəddin Həziyev, MŞ-nin Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu, “Baku Network” Ekspert Platformasının direktoru Elçin Alıoğlu, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, yubilyarın oğlu, QHT təmsilçisi Oğuz Mirzə və digər çıxış edənlər də Umud Rəhimoğlunun kamil vətəndaşlıq nümunəsi olan şəxsiyyətini, Vətənə sözü ilə xidmət örnəyini incələdilər, ona xoş arzularını çatdırdılar.

Sonda çıxış edən Umud Rəhimoğlu səmimi təbrik və qədirbilənliyə görə iştirakçılara təşəkkürünü bildirdi, verilən dəyərin onu bundan sonra da səmərəli fəaliyyətini davam etdirməyə ruhlandırdığını söylədi.

Mərasimdə yubilyara həsr edilmiş yazı və təbriklərin toplandığı “Təmənnasız missiya” kitabı iştirakçılara hədiyyə edildi.

Tahir RÜSTƏMLİ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Yanvar 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri