Federasiya uzun illərdir maddi texniki bazası olan məkandan çıxarıldı
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Həndbol Federasiyası uzun illərdir maddi-texniki bazası olan “Abu Arena”dan çıxarılıb.
Sportal.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, bundan sonra binanın özəl əsaslarla fəaliyyət göstərməsi nəzərdə tutulur.
Arena ərazisinin tennis kortuna çevrilməsi məsələsi də gündəmdədir.
Belə ki, binanın boşaldılması ilə bağlı Azərbaycan Həndbol Federasiyasına xəbərdarlıq edilib və bundan sonra qurum oranı tərk edib.
Məlumat üçün bildirək ki, Federasiya illərlə bu binadan icarə əsasında istifadə edib.
Belə ki, 2004-cü ildə istifadəyə verilən arena uzun illər ərzində həndbol yarışlarının, məşqlərin və müxtəlif yaş qrupları üzrə turnirlərin keçirildiyi əsas məkanlardan biri olub.
Bu səbəbdən sözügedən qərar Azərbaycan Həndbol Federasiyasının ciddi narazılığına səbəb olub.
saytlarin hazirlanmasi
Baxış sayı:127
Bu xəbər 13 Avqust 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















