Fedor Venislavski: İran daha çox ölkənin müharibəyə qatılmasını istəyir
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın Azərbaycanın Naxçıvanda olan aeroportuna hücumu beynəlxalq hüquq baxımından tam olaraq təcavüzdür.
Bunu "Report"un Şərqi Avropa bürosuna Ukrayna Ali Radasının Müdafiə və təhlükəsizlik alt komitəsinin sədri Fedor Venislavski deyib.
O qeyd edib ki, hərbi nöqteyi-nəzərdən bu mənasız hücumdur:
"Mən bunu hücuma məruz qalan ölkələrə mesaj kimi qəbul edirəm. Bununla demək istəyirlər ki, İrana zərbələrin dayandırılması üçün çıxış etməsələr onları belə bir hal gözləyə bilər".
Alt komitənin sədrinin fikrincə, bu həmçinin İranın müharibəyə daha çox ölkənin qarışması istəyi ilə də bağlı ola bilər.
"Bu zəncirvari reaksiya doğura bilər və regionda, hətta dünyada proqnozlaşdırılmamış nəticələrə gətirib çıxarar. Hesab edirəm ki, bunlar İran rəhbərliyində hadisələrin inkişafı barədə strateji baxışın olmamasını göstərir", - o deyib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 07 Mart 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















