Icma.az
close
up
RU
“Fəlakətli vəziyyətdir, onlar tükənirlər” Ukraynalı generaldan mühüm açıqlamalar

“Fəlakətli vəziyyətdir, onlar tükənirlər” Ukraynalı generaldan mühüm açıqlamalar

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri, briqada generalı Andrey Biletski bildirib ki, uzun müddətdən sonra ilk dəfə olaraq Rusiya ordusunda canlı qüvvə itkisi cəbhəyə cəlb olunan yeni şəxsi heyətin sayını üstələyir.

Biletskinin sözlərinə görə, bu qənaət Ukrayna kəşfiyyatının, eləcə də Qərb müttəfiqlərinin məlumatlarına əsaslanır. O vurğulayıb ki, hazırda Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin artırılması döyüş xəttindəki (LBS) itkiləri kompensasiya etmir.

Bu məlumatların hər iki tərəfin açıqlamaları ilə də təsdiqləndiyi bildirilir. Belə ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) nümayəndəsi Andrey Yusov sentyabrın əvvəlində Rusiyanın Ukraynadakı hərbi qruplaşmasının sayının 700 min nəfər olduğunu açıqlamışdı. Dekabrın əvvəlində isə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski “Sky News”a müsahibəsində bu rəqəmi 710 min nəfər kimi göstərib.

Beləliklə, üç ay ərzində artım cəmi 10 min nəfər təşkil edib.

Sırskinin əvvəlki açıqlamalarına görə, Rusiyanın Ukraynadakı hərbi kontingenti:

2025-ci ilin yanvarında – 603 min nəfər,

2025-ci ilin aprelində – 623 min nəfər,

2025-ci ilin sentyabrında – 700 min nəfər,

2025-ci ilin dekabrında – 710 min nəfər olub.

Bu dinamika göstərir ki, yanvar–sentyabr ayları arasında Rusiya qruplaşmasının orta aylıq artımı 10 mindən çox olub. Lakin sentyabr–dekabr dövründə bu göstərici ayda təxminən 3 min nəfərə düşüb.

Maraqlıdır ki, Rusiya Prezidenti Vladimir Putin də ötən həftə Ukraynadakı Rusiya qruplaşmasının sayını 700 min nəfər kimi açıqlayıb və bu da Ukrayna tərəfinin verdiyi rəqəmlərlə üst-üstə düşür.

Məlumatda vurğulanır ki, Rusiyada səfərbərlik tempinin azaldılması ilə bağlı etibarlı informasiya yoxdur. Bu baxımdan şəxsi heyətin artım sürətinin zəifləməsi itkilərin artması ilə əlaqələndirilir.

Andrey Biletski bildirib ki, bu vəziyyət Ukrayna ordusu üçün cəbhədə işi asanlaşdırmasa da, artıq demək olar ki, Rusiya Silahlı Qüvvələri say baxımından pik həddə yaxınlaşır və bundan sonra genişlənmə prosesi daha çətin olacaq.

Biletski digər açıqlamalarında mövcud durumu belə xarakterizə edib: “Biz ruslarla 12-ci raundda döyüşən boksçular kimiyik. Biz öz tükənmişliyimiz barədə düşünürük, amma düşünürəm ki, rusların vəziyyəti də təxminən eynidir. Rusiyada əsas silah növləri üzrə – zirehli texnika, artilleriya sistemləri və digər istiqamətlərdə katastrofik vəziyyət yaranıb. Hazırda Rusiya cəbhədə deyil, daha çox Ukraynaya qarşı hava terrorunda nisbətən uğurludur. Bəli, Ukraynanın geri çəkildiyi məqamlar var. Amma bu irəliləyişlərin ruslar üçün qiyməti nə qədər adekvatdır? Onlar bizi, amerikalıları və bütün dünyanı inandırmağa çalışırlar ki, bu qiyməti uzun müddət ödəyə bilərlər. Bu, doğru deyil. Ödəyə bilmirlər. Onlar tükənirlər. Şəxsi heyətin keyfiyyəti çoxdan fəlakətli vəziyyətdədir və döyüş hazırlığı hər ay daha da deqradasiyaya uğrayır”.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Dekabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see164

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see132

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see129

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri