Icma.az
close
up
RU
“Fələstin Dövlətinin tanınması ABŞ Avropa arasında parçalanmanı dərinləşdirəcək“ İsrail mətbuatı

“Fələstin Dövlətinin tanınması ABŞ Avropa arasında parçalanmanı dərinləşdirəcək“ İsrail mətbuatı

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Bu addım regionda və beynəlxalq diplomatiyada yeni gərginliklər yarada bilər..."

Britaniya, Kanada, Avstraliya və digər Qərb ölkələrinin Fələstin dövlətini tanımaq qərarı artıq mürəkkəb olan ABŞ-Avropa münasibətlərini daha da mürəkkəbləşdirəcək.

Moderator.az xəbər verir ki, bu barədə İsrailin "detaly.com" nəşri yazıb.

"Tanıma qərarı ABŞ-Avropa münasibətlərini çətinləşdirir"

Məqalə müəllifi qeyd edir ki, həmin ölkələr "Beş göz" alyansının üzvü kimi ABŞ-ın kəşfiyyat sahəsində ən yaxın müttəfiqləri hesab olunur. Hazırda isə tərəflər Ukraynaya yardımlar, ticarət tarifləri və digər ikitərəfli məsələlər üzrə fikir ayrılıqları yaşayır.

İyul ayında Kanada baş naziri Karni Fələstini tanıyacağını açıqladıqda, ABŞ prezidenti Donald Tramp bunun Kanada ilə ABŞ arasında ticarət sazişini təhlükəyə ata biləcəyini bildirib. Trampın Böyük Britaniyaya son dövlət səfəri zamanı isə o, baş nazir Starmer ilə bu siyasətdəki fərqliliklərini vurğulayıb, amma açıq şəkildə siyasətin dəyişdirilməsini tələb etməyib.

Yüksək vəzifəli respublikaçı qanunvericilər Britaniya, Kanada və Avstraliyanın baş nazirlərinə açıq məktubla xəbərdarlıq edib: "Sizin ölkənizin müstəqilliyi tanıması ABŞ-ın uzunmüddətli siyasəti və maraqları ilə ziddiyyət təşkil edəcək və cəza tədbirlərə səbəb ola bilər".

Fransanın təşəbbüsü və qlobal diplomatiya

Hazırkı Fələstin tanınması dalğasına ilk təşəbbüsü Fransa prezidenti Emmanuel Makron verib. Fransa və Səudiyyə Ərəbistanı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində iki dövlətli həll üzrə konfrans keçirəcək.

Paris üçün bu addım həm Avropadakı liderliyini göstərmək, həm də Trampın İsrailin Qəzzadakı müharibəsini dəstəkləməsinə qarşı qlobal bir balans yaratmaq cəhdidir. Analitiklər 2003-cü il İraq müharibəsi ilə müqayisələr aparır: Fransa o zaman ABŞ-ın işğalına qarşı çıxıb, amma bu diplomatik addımlar döyüş meydanında böyük dəyişiklik yaratmayıb.

Fransanın keçmiş səfiri Kərim Amellal qeyd edir: "Qəzzada yaşayanlar üçün bu çox az fərq edəcək. Amma biz alyansların necə dəyişdiyini görürük: İsrail və ABŞ əksər Avropa ölkələrinə, o cümlədən Almaniyaya qarşı mövqe tutur. Bu dinamika onların izoliyasını daha da gücləndirəcək".

İsrailin cavab addımı və ABŞ dəstəyi

İsrail isə Qərb sahilində ərazilərin mümkün ilhaqını nəzərdən keçirir. Baş nazir Binyamin Netanyahu bildirib: "Yəhudi məskunlaşmasını ikiqat artırdıq və bu yolla davam edəcəyik. Son cəhdə cavabımı ABŞ-a səfərimdən sonra verəcəyəm". ABŞ-ın bu cavabı aktiv dəstəkləyəcəyi, yoxsa Tramp administrasiyası sadəcə müdaxilə etməyəcəyi hələlik məlum deyil. Bu addım ərəb ölkələrində, xüsusilə BƏƏ-də qəzəb doğura bilər - rəsmi şəxslər Qərb sahilinin ilhaqını "qırmızı xətt" adlandırıb.

Avropa İttifaqı və iqtisadi gərginliklər

Bu vəziyyət həmçinin Avropa Birliyində yeni sanksiya və tarif dəstəyini gücləndirəcək, İsrail-Brüssel gərginliyini artıracaq. Hazırda Avropa Birliyi ölkələri yetərli səs toplamadığı üçün İsrailə qarşı sanksiya və ya tarif tətbiq edə bilmir. Amma İsrail ərazilərin ilhaqı kimi addımlar atarsa, indiyə qədər belə tədbirlərə qarşı olan ölkələr, xüsusilə Almaniya mövqeyini dəyişə bilər. İsrail bu riskləri nəzərə almayaraq, ABŞ-ın dəstəyi ilə hesablaşır. ABŞ İsrailə təxminən 6 milyard dollarlıq hərbi yardım ayırır, o cümlədən 30 ədəd "AH-64 Apache" helikopteri və 3 200 piyada döyüş maşını tədarük edir.

Müəllif: Aleksandra Appelberq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see296

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see134

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see133

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see130

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri