Fələstin ilk dəfə dünya gözəllik müsabiqəsinə qatılacaq
Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fələstin ilk dəfə olaraq “Kainat gözəli-2025” beynəlxalq gözəllik müsabiqəsində təmsil olunacaq.
AzPost bildirir ki, ölkəni gözəllik müsabiqəsində model, fitnes məşqçisi və sosial fəal Nadin Ayub təmsil edəcək. O, müsabiqənin sosial şəbəkələrdə rəsmi səhifələrində yerləşdirilmiş videomüraciətdə iştirakını elan edib.
“Tarixdə ilk dəfə Fələstinin “Kainat Gözəli” müsabiqəsində təmsil olunacağını bildirmək mənim üçün böyük şərəfdir. Mən “Kainat Gözəli” müsabiqəsində təkcə “Kainat Gözəli Fələstin” titulu ilə deyil, həm də həqiqətlə səhnəyə çıxacağam. Fələstin xüsusən Qəzza əzab içərsindədir. Mən susmaqdan imtina edən bu insanların səsiyəm. Mən hər bir fələstin qadınını, uşağını təmsil edəcəyəm. Bizim ağrımızdan daha böyüyük. İçimizdə yaşayan vətənin möhkəmliyi, ümidi və ürək döyüntüləriyik”.
Qeyd edək ki, “Kainat Gözəli- 2025” müsabiqəsi 2025-ci il noyabrın 21-də Taylandın Pakkred şəhərindəki “Impact Challenger Hall”da keçiriləcək. Bu, sayca 74-cü “Kainat gözəli” müsabiqəsi olacaq.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 14 Avqust 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















