Icma.az
close
up
RU
Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb AZƏRTAC

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qahirə, 21 dekabr, AZƏRTAC

Fələstinin rəsmi informasiya agentliyi və “Əl-Qüds” qəzeti Azərbaycanın Fələstin xalqına son humanitar dəstəyindən yazıb. Qeyd olunub ki, ölkəmiz Fələstinə 2 milyon ABŞ dolları məbləğində humanitar yardım ayırıb. Bundan əlavə, Azərbaycan Fələstində 600 şagird yerlik məktəbin inşasının maliyyələşdirilməsini də öz üzərinə götürüb.

AZƏRTAC Azərbaycanın Fələstindəki Təmsilçilik Ofisinə istinadla xəbər verir ki, adıçəkilən media orqanları Azərbaycanın Baş naziri Əli Əsədovun Qahirədə keçirilmiş D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində Yaxın Şərqdəki böhrana həsr olunmuş xüsusi sessiyada çıxışına da yer ayırıb. Qeyd olunub ki, Yaxın Şərqdə davam edən böhran dərin narahatlıq doğurur. Qəzza və digər Fələstin ərazilərində on minlərlə günahsız insanın həyatını itirməsi, mülki infrastrukturun dağıdılması ilə müşayiət olunan böhranın humanitar nəticələri kritik səviyyəyə çatıb. Bildirilir ki, Azərbaycanın Baş naziri daha çox qan tökülməsinin qarşısının alınması üçün təcili tədbirlərin görülməsinin, atəşkəsin əldə olunmasının zəruriliyini diqqətə çatdırıb, lazımi humanitar yardımın təmin edilməsi və münaqişənin səbəblərinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin səylərini birləşdirməsinin, eləcə də böhrandan diplomatik çıxış yollarının tapılması üçün dinc siyasi prosesin təşviq edilməsinin vacibliyini vurğulayıb.

Dərc edilən yazılarda qeyd olunur ki, humanitar yardımdan əlavə, Azərbaycan Fələstinə beynəlxalq dəstək əldə etməsi üçün də öncül rol oynamaqdadır. Bu xüsusda Azərbaycan bir neçə yüksəksəviyyəli tədbirə ev sahibliyi edib. Bunların arasında İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin yaradılması və Qüdsün inkişafını dəstəkləmək məqsədilə Donor Konfransı xüsusi qeyd edilməlidir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Dekabr 2024 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri